Bakıda 60 min manata nömrə satılır

img

24-09-2015 [16:00]


Bakıda 60 000 manata (055) X00-00-00 bahalı, "zerkalnı” – yəni ardıcıl, qoşa, yaxud eyni rəqəmlərin düzüldüyü olan nömrə satılır.

Bu barədə elan Disput.Az saytında yerləşdirilib. Elanı Tural Zeynalov adlı istifadəçi verib.

Qeyd edək ki, Azərbaycan cəmiyyətində nörmələrin "zerkalnı” olması bir çoxlarının sevimli müzakirə mövzularından biridir. Daha yaxşı yadda qaldığına görə, belə nömrələrə maraq böyük olur.

Lakin belə SIM kartların qiyməti daha baha olur. Adətən belə nömrələri iş adamları, siyasətçilər, yüksək səviyyəli rəsmilər, digər fəaliyyət sahələrinin nümayəndələri imicini qorumaq üçün alırlar.

Xatırladaq ki, bir müddət öncə ölkəmizdə hətta 90 000 manata (050) 555-55-55 nömrəsi satışa çıxarılmışdır.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA