Ermənistan ordusu Qazaxda mülki sakini vurdu: Müdafiə Nazirliyi bəyanat yaydı

img

24-09-2015 [14:58]


Ermənistan Silahlı Qüvvələrinin bölmələri növbəti dəfə Silahlı Qüvvələrimizin mövqelərini və dövlət sərhədi boyu yerləşən kəndlərimizi müxtəlif çaplı silahlardan istifadə etməklə intensiv surətdə atəşə tutublar.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən saytına verilən məlumata görə, sentyabrın 23-də gecə saatlarında Ermənistan Respublikasının Noyemberyan rayonunun Dovex kəndi istiqamətindən iriçaplı silahlardan Qazax rayonunun Kəmərli kəndinin atəşə tutulması nəticəsində mülki sakin Dursunova Esmira Aslan qızı yaralanıb.

Göstərilən ilkin tibbi yardımdan sonra E.Dursunova Qazax rayon Diaqnostika Mərkəzinə yerləşdirilib, vəziyyəti orta-ağır qiymətləndirilir.

Ermənistan tərəfinin bu cür təxribat əməllərini həmişə olduğu kimi Azərbaycanda əlamətdar hadisələr, bayram günləri keçirildiyi vaxtda törətməsi məqsədyönlü xarakter daşıyır və məhz dövlət sərhədində Silahlı Qüvvələrimizi provokasiyaya cəlb etmək niyyətini güdür.

Müdafiə Nazirliyi bildirir ki, düşməni susdurmaq məqsədilə Silahlı Qüvvələrimiz tərəfindən görülən təxirəsalınmaz və adekvat tədbirlər nəticəsində Ermənistan Silahlı Qüvvələrinin atəş nöqtələrinə, mövqelərinə və səngərlərinə güclü atəş zərbələri endirilib.

Nazirlik bir daha bəyan edir ki, düşmən tərəfində baş verən itkilər və dağıntıya görə bütün məsuliyyət qarşı tərəfin üzərinə düşür.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA