Həcc ziyarəti zamanı baş verən faciədə ölənlərin sayı 717-yə çatıb - VİDEO, YENİLƏNİB

img

24-09-2015 [14:45]


Səudiyyə Ərəbistanında Həcc ziyarəti zamanı növbəti faciə baş verib.

Mina dağında yaranan qarışıqlıq nəticəsində azı 150 nəfər ölüb, 400 nəfər yaralanıb.

Hazırda hadisənin baş vermə səbəbləri araşdırılır. Ölənlərin sayının artması istisna edilmir.

Ölən və yaralananların milli mənsubiyyəti barədə hələlik məlumat verilmir.

Qafqaz Müsəlmanları İdarəsinin beynəlxalq əlaqələr şöbəsinin müdiri Müqəddəs Payızov Trend-ə bildirib ki, hazırda zəvvarlarımızla əlaqə yaratmağa çalışılır.

İdarə rəsmisinin sözlərinə görə, hazırda bütün zəvvarlar Mina dağındadılar. Onlar 3 gün ərzində burda şeytana daş atmalıdırlar.

***

"Aljazeera"nin son məlumatına görə ölənlərin sayı 220-ni keçib. 450-dən çox yaralı var.

Həcc ziyarəti zamanı faciə  -  220 ölü, 450 yaralı+Video
Həcc ziyarəti zamanı faciə  -  220 ölü, 450 yaralı+Video
Həcc ziyarəti zamanı faciə  -  220 ölü, 450 yaralı+Video
Həcc ziyarəti zamanı faciə  -  220 ölü, 450 yaralı+Video
Məkkədə - Mina dağında bu gün baş verən izdihamda ölənlərin sayı 717-yə çatıb.

Trend-in məlumatına görə, bu barədə Səudiyyə Ərəbistanının Vətəndaş Müdafiəsi Nazirliyinin məlumatında bildirilir.

Məlumatda qeyd olunur ki, son məlumatlarda yaralananların sayının isə 805 olduğu bildirilir.

Qafqaz Müsəlmanları İdarəsinin beynəlxalq əlaqələr şöbəsinin müdiri Müqəddəs Payızov Trend-ə bildirib ki, hazırda təqribən 2600 zəvvarımız Mina dağındadır. İdarə rəsmisinin sözlərinə görə, hazırda bütün zəvvarlar Mina dağındadırlar. Onlar 3 gün ərzində burada şeytana daş atmalıdırlar.

M.Payızov bildirib ki, azərbaycanlı zəvvarlarla telefon danışığı olub. M.Payızovun sözlərinə görə, ölən və yaralılar arasında azərbaycanlılar yoxdur. Mina dağındakı hadisə azərbaycanlı zəvvarlar oradan ötüb keçdikdən sonra baş verib.

Həcc dövründə baş vermiş ən böyük insidentlər:

1990-cı il – Məkkədən Mina çadır şəhərciyinə aparan piyada tunelində 1427 zəvvar ölüb.

1994-cü il – qarışıqlıqda 270 zəvvar ölüb.

1997-cı il - yanğın nəticəsində 343 zəvvar ölüb və təqribən 1500-ü yaralanıb.

1998-ci il – izdihamda 118 zəvvar ölüb.

2001-ci il izdihamda 35 zəvvar ölüb.

2004-cü il ayin zamanı izdihamda 251 zəvvar ölüb.

2006-cı il – ayin zamanı izdihamda 345 zəvvar ölüb.

Qeyd edək ki, bir müddət bundan əvvəl Məkkədə baş vermiş faciədə 107 zəvvar ölmüşdü, 238 zəvvar isə xəsarətlər almışdı.



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA