Ziya Məmmədovun etiraz doğuran malikanəsi - İcra Hakimiyyətindən ilginc reaksiya

img

24-09-2015 [01:41]


Müxtəlif saytlarda, o cümlədən Mia.az-da Musavat.com-a istinadən nazir Ziya Məmmədovun Göyçaydakı malikanəsi ilə bağlı yayımlanan yazıya cəmiyyətdə maraq böyükdür.

Xatırladaq ki, məqalədə nəqliyyat naziri Ziya Məmmədovun Göyçaydakı malikanəsi və onun yerləşdiyi torpaq sahəsi ilə bağlı böyük narazılıq yaranıb. Belə ki, 50-yə yaxın Göyçayın Hüngütlü qəsəbəsinin sakini onlardan torpaq sahələrinin su qiymətinə alınaraq hasarlanmasına etiraz edirlər.

Həmin problemdən bəhs edən yazını bu linkdən oxumaq olar: 

http://www.mia.az/w123547/Nazirin_malikan%C9%99si_il%C9%99_ba%C4%9Fl%C4%B1_sensasion_durum_-_%3Cfont_color=red%3E_%C4%B0cra_ba%C5%9F%C3%A7%C4%B1s%C4%B1

_v%C9%99_hakimin_ad%C4%B1_olan_i%C5%9F_prokurorluqda!/ 

Mia.az xəbər verir ki, məsələ ilə bağlı Göyçay RİH-nin mətbuat xidmətinin rəhbəri Arif (soyadını demədi) qafqaznews.org-a bildirib ki, bu problem onları maraqlandırmır: "Çünki indiki icra başçısı Mübariz Ağayev və mən vəzifəyə bu ilin fevralında gəlmişik. Haqqında söhbət gedən malikanə isə 2010-cu ildə tiklib”. 

Daha sonra isə İH-nin nümayəndəsi  suallara cavab verməyərək dəstəyi asıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA