"Bizim partiya üçün parlament seçkiləri o qədər də, önəmli deyil və bu gündən növbəti prezident seçkilərinə hazırlaşırıq”. Bunu Müasir Müsavat partiyasının sədri pia.az-a verdiyi açıqlamada bildirib.
Bildiyimiz kimi, 2015-ci il noyabrın 1-də Azərbaycanda parlament seçkiləri keçiriləcək. Seçkilər öncəsi bir çox fikirlər səsləndirilir və bəzi partiyalar seçkiləri boykot etməyi məqsədə uyğun hesab edirlər. PİA.AZ-ın əməkdaşı Müasir Müsavat Partiyasının seçkilərlə bağlı mövqeyini öyrənib. Partiya sədri Hafiz Haciyev bildirib ki, onlar parlament seçkilərində iştirak etmiyəcək:
"Bu gün Müasir Müsavat Partiyası ölkədəki vəziyyəti tam geniş şəkildə, 4 satlıq keçən iclasda müzakirə etdi. Belə bir qərara gəldik ki, partiya parlament seçkilərində iştirak etməsin və millətinin bu günündə yanında olsun, dövlət başçısının yardımçısı olsun. Yəni partiyamız bütün gücünü bu işlərə sərf etmək istəyir. Buna görə də, bizim partiya üçün parlament seçkiləri o qədər də, önəmli deyil və bu gündən növbəti prezident seçkilərinə hazırlaşırıq. Düşünürəm ki, bizim də çıxartdığımız qərara uyğun müəyyən addımlar atılacaq və bu addımları da xalqımız görəcək.
Bu gün dünyada Azərbaycana qarşı qərəzli fikirlər var və xalq arasında da dövlət əleyhinə çox ciddi təbliğat aparılır. Biz də belə qərara gəldik ki, vaxtımızı boşuna sərf etməkdənsə, dövlətimizi müdafiə etmək bizim üçün daha səmərəli ola bilər, nəyinki parlamentdə iştirak etmək. Hər halda parlament də lazımdır, amma biz bu gün dövlətimizin qorunmasını hər şeydən üstün tuturuq. Belə düşünür ki, seçkilərə sərf etdiyimiz vaxtı, dövlətçiliyin qorunmasına, apara biləcəyimiz təbliğat-təşviqat işlərinin qurulmasına sərf edək. Bilirsiniz ki, bizim partiya elə bir partiyadır ki, 10 günə istənilən məmuru, qrupu ideoloji baxımdan təbliğat aparıb məhv etməyə qadirdir. Yəni bizm təbliğat qrupumuz çox güclüdür. Ona görə də, bu istiqamətdə kimisənin bizimlə rəqabət aparmağa gücü yoxdu. Bu gün biz bütün gücümüzü sərf edirik ki, Azərbayacanda dövlətə qarşı olan bu basqıların qarşısında duracaq ikinci bir partiya yoxdur. Biz bu istiqamətdə müəyyən addımlar atmaq istəyirik və buna da artıq qərar vermişik. Hər halda seçkilərə gedib vaxtımızı itirməkdənsə, partiya güçünü dövlətçiliyin qorunmasına, o cümlədən dövlət başçısının müdafisinə yönəldib.
Partiya nə qərar çıxartsa biz o qərara tabeyik. Bu gün də, Siyasi Şuaranın qəbul etdiyi qərardan kənara çıxa bilmərik. Elə bir səlahiyyətimiz də yoxdur ki, gedib özbaşına parlament seçkilərində iştirak edək və yaxud da hər hansı bir iş görək. Siyasi Şuranın bu qərarın axıra qədər davam etdirməliyik. Parlamentdə seçiləcək namizədlərə də, uğurlar arzulayırıq. Biz dövlətimizin müstəqilliyini həyatımızdan artıq bildiyimiz üçün müəyyən imtiyazlardan imtina edirik və çalışırıq ki Azərbaycanın qorunmasında yeganə partiya olan Müasir Müsavat Partiyası öz sözünü desin. Ona görə də, biz bu xirda işlərə qoşulmuruq. Həmişə dövlər başçısının yanında olmuşuq, bu gün də əziz qardaşımın, dövlətimizin müdafisəsi üçün canımdan da keçməyə hazıram.
Bizi qara siyahıya salan bəzi məmurlar var. Onlar bizim qarğımıza qalsınlar, əgər qalmaq istəyirlərsə.O məmurlar da , öz istəklərinə nail ola bilməyəcəklər. Onlar istəyirlər ki, partiyamızla dövlər arasında böyük bir inciklik yaratsınlar, amma bu mümkün olan iş deyil. Sizin sayt vasitısilə o qüvvələrə demək istəyirəm ki, Hafiz Haciyev və onun 100 minlik ordusunu ölkə başçısından heç kəs narazı sala bilməyək. Mən mövqeyimi dəyişməmişəm və həmişə dövlər başçısının müdafiəsində olmuşam, olacam da. Bizim bu gündən sonra quracağımız iş dövlətimizə, xalqımıza daha çox xeyir verəcək, nəyin ki, Parlamentdə müəyyən insanlarla oturmağımız. Düşünürəm ki, bu istiqamətdə aparacağımız hər hansı bir addım millətimiz üçün çox faydalı olacaq. Siyasi Şura mənə tapşırıq verdi ki, parlament seçkiləri ilə başını qatmaqdansa, bütün Qərb bə Şərq qüvvələrinin Azərbaycana edəcəyi basqınların qarşısını almaqdan ötrü partiyanı gücləndirmək lazımdır. Bizim partiyamızın amalı,əqidəsi birdirdir. Dövlətçiliyi müdafiə edən bir partiya olaraq bundan sonra da, cənab prezident İlham Əliyevin yanındayıq. Bizim partiya xırda işlərlə yaşamır və prezident seçkilərinə də, bu gündən start vermişik. 2018-cil ildə Azərbaycan xalqı özünün yeni prezidentin görəcək və bu yolda da mübarizəmizi davam etdirəcəyik”.
Partiya sədri həmçinin seçki atmosferini necə dəyərləndirirsiz və bu seçkilərin legitimlik problemi gözlənilirmi, suallarını da cavablandırıb: "Seçkilərdə iştirak etmiriksə, biz o seçkiləri dəyərləndirə də bilmərik. Hər halda namizədlər gedib qeydiyyatdan keçirlər və hər şey seçki günü bilinəcək. Avropa Şurasının nümayəndə heyəti beş müxalifət partiya nümayəndəsi ilə görüşdü. O nümayəndələrdən biri də, mən idim və orada da, öz sözümü dedim. Həmçinin Avropa Parlamentinin Azərbaycanla bağlı qəbul etdiyi qərara yumşaq olsa da, öz etirazımı bildirmişəm. Amma bu gün mən fikrimi desəm, çox böyük narazılıq yaranacaq”.