Xidmətdə yeni rəsi əvəzi - Heydər Əsədov əmr verdi

img

23-09-2015 [12:03]


Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətində yeni təyinat olub.

Nazirlikdən daxil olan məlumata görə, Yaqub Məmmədəli oğlu Cəfərov müvəqqəti olaraq xidmət rəisinin müavini təyin edilib. Bununla bağlı kənd təsərrüfatı naziri əmr imzalayıb.

Qeyd edək ki, Y.Cəfərov elmi fəaliyyətə 1989-cu ildə Azərbaycan Elmi-Tədqiqat Bitki Mühafizə İnstitutunun "Proqnoz” laboratoriyasında başlayıb, 2001-ci ildən Gəncə Dövlət Universitetində müəllim işləyib, 2012- 2015-ci illərdə Gəncə Dövlət Aqrar Universitetində bitki mühafizəsi üzrə ali təhsilin hər üç səviyyəsində (bakalavr, magistratura və doktorantura ) elmi-pedoqoji fəaliyyətini davam etdirib, daha sonra universitetdə dosent vəzifəsində çalışıb.

1986-cı ildə "Bitkilərin xəstəlik və zərərvercilərdən mühafizəsi ” üzrə aspiranturaya daxil olub, namizədlik disertasiyası müdafiə edərək, biologiya elmləri namizədi alimlik dərəcəsi alıb, hazırda doktorluq dissertasiyası üzərində işləyir.

Pedoqoji fəaliyyətinin 14 ili ərzində 1 dərs vəsaiti, 3 metodiki vəsait, Təhsil Nazirinin qrifi ilə 19 fənn proqramı və s. nəşr etdirib(Report).

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA