23-09-2015 [10:49]
General Bəylər Əyyubovun bacısı oğlu, Lənkəran rayonunun hərbi komissarı Əqid Bayroyevin saxlanması haqda yeni məlumatlar yayılıb. Generalın bacısı oğlu Əqid Bayroyevin Masallıdakı toy məclislərinin birində dava saldığına görə saxlanıldığı iddia olunur.
Savash.org saytı isə yazır ki, Ə.Bayroyev Masallıda deyil, Bakıda "Ay İşığı” restoranında olan toy məclisindəki insidentə görə tutulub. Belə ki, həmin məkanda Masallının hərbi komissarının oğlunun toy məclisində iştirak edən Əqid Bayroyev müğənni Nadir Qafarzadəni döyüb. Bildirilir ki, Nadir Qafarzadənin toydakı çıxışı hansısa səbəbdən Əqid Bayroyevi hiddətləndirib və insident yaşanıb.
"Yeni Müsavat” qəzeti yazır ki, bu, Ə.Bayroyevin adı qarışan ilk insident deyil. 2012-ci ilin noyabrında Ə.Bayroyevi Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Mingəçevir şəhər şöbəsinin rəisi vəzifəsindən müğənni Elton Hüseynəliyevi hədələdiyinə, ona qarşı zorakılıq hərəkətlərinə yol verməsinə görə uzaqlaşdırmışdılar. Bu insidentdən sonra Ə.Bayroyev müğənni Röya ilə birgə DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparılmışdı.
Həmin vaxt bildirilirdi ki, Röya ilə Eltonun arasında uzun müddət mahnı üstündə mübahisə yaşanıb.
Elton Röyanı mübahisə zəminində hədələyib. Bundan sonra hər iki müğənni arasında mübahisə daha da böyüyüb. Röya bununla bağlı uzun müddətdir dostluq etdiyi Əqid Bayroyevdən xahiş edib ki, Eltonu cəzalandırsın. Hərbi komissar da eləməyib tənbəllik, Eltonun üstünə silahlı adamlar göndərib. Həmin adamlar müğənnini sillələyəndən sonra onun başına silah dirəyiblər.
Ona "bir də Röyaya gözün üstə qaşın var desən, səni öldürərik” tipində hədə-qorxu gəliblər.
Başına gələn bu hadisəni yaxın ətrafına danışandan sonra dostlarından kimsə Eltona başa salıb ki, bununla bağlı hüquq-mühafizə orqanlarına müraciət etsin. Elton da DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin (BMCMİ) rəisi Mirqafar Seyidovun adına şikayət ərizəsi yazmışdı. BMCMİ əməkdaşları Röyanı gözəllik salonunda makiyaj masasının arxasından götürərək idarəyə aparmışdılar. Bundan sonra Elton da BMCMİ-yə dəvət olunmuşdu. Müstəntiq müğənniləri üzləşdirib və Röya Eltonu Əqid Bayroyev vasitəsilə cəzalandırdığını rəsmən etiraf etmişdi.
Bu baxımdan hazırda yayılan məlumatların - Əqid Bayroyevin müğənni Nadir Qafarzadəni döyməsi haqda xəbərlərin doğru olması realdır.
***
"Qafqazinfo” xəbər verir ki, Ə. Bayroyevin polis tərəfindən saxlanılması dəqiq faktdır. Maraqlıdır ki, onun həbsini öz dayısı general Əyyubov isytəyib. Belə ki, sözügedən insident generala məruzə olunduqdan sonra B. Əyyubov göstəriş verib ki, Ə. Bayroyev saxlanılsın və cəzalandırılsın. Onun barəsində həbs-qətimkan tədbirinin seçiləcəyi və vəzifəsindən azad olunacağı gözlənilir.
Xatırladaq ki, həm Ə. Bayroyev, həm də digər qohumlarının bu tipli qanun pozuntularına görə cəzalandırılmasına general özü dəfələrlə göstəriş verib. Hətta bir neçə il əvvəl generalın qohumlarından biri bir neçə il həbs cəzası alıb və bu yaxınlarda azadlığı çıxıb.
***
Müğənni Nadir Qafarzadə "Qafqazinfo"ya açıqlamasında döyülməsi ilə bağlı yayılan xəbərlərin doğru olmadığını bildirib.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi