Azərbaycannın konsullarına yeni səlahiyyətlər verilir

img

22-09-2015 [16:43]


Azərbaycan Respublikasının xarici ölkələrdə fəaliyyət göstərən konsullarının səlahiyyətləri artırılır.

Mia.az Trend-ə istinadən xəbər verir ki, bu məsələ Milli Məclisin sentyabrın 30-da keçiriləcək növbəti plenar iclasının gündəliyinə daxil edilən "Azərbaycan Respublikasının Konsul Nizamnaməsi”nə dəyişikliklərdə öz əksini tapıb.

Dəyişikliklərə əsasən, konsula Azərbaycan Respublikası vətəndaşlarına pasport vermək, 15 yaşı tamam olmamış Azərbaycan Respublikası vətəndaşlarına fərdi identifikasiya kartının verilməsi üçün sənədləri qəbul etmək, həmin sənədləri müvafiq icra hakimiyyəti orqanına göndərmək və konsulluğa daxil olmuş kartı müraciət edən şəxsə təqdim etmək hüququnun verilməsi nəzərdə tutulur.

Hazırkı qanuna əsasən isə konsulun səlahiyyəti Azərbaycan Respublikası vətəndaşlarına pasport vermək hüququ ilə məhdudlaşır.

Dəyişikliklər "15 yaşı tamam olmamış Azərbaycan Respublikasının vətəndaşının fərdi identifikasiya kartı haqqında” qanunla nəzərdə tutulmuş fərdi identifikasiya kartının xaricdə yaşayan vətəndaşların əldə edə bilməsi məqsədilə təklif edilir.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA