Kəmaləddin Heydərov Dubaya - Şeyxin dəfninə gedib

img

22-09-2015 [16:44]


Bir neçə gün əvvəl qəflətən dünyasını dəyişən, BƏƏ-nin vitse-prezidenti və baş naziri, Dubayın əmiri şeyx Məhəmməd bin-Rəşid Əl-Maktumun oğlunun ölümü dünya mediasının əsas müzakirə mövzusuna çevrilib.

Mia.az "Qafqazinfo"ya istinadla xəbər verir ki, gənc şeyxin ölümü ilə bağlı bir çox ölkənin liderləri başsağlığı mesajları yayıblar. 

Bildiyimiz kimi, şeyx və varisi dəfələrlə Azərbaycanda rəsmi və qeyri-rəsmi səfərlərdə olublar. Onların Azərbaycanın yüksək çinli məmurları ilə dostluq münasibətləri olub. Elə şeyxin qəfil ölümündən sonra da Azərbaycandan dəfn mərasimində kimin iştirak edəcəyi maraq doğururdu.

Saytın əldə etdiyi məlumata görə, BƏƏ-yə bu mərasimdə iştirak etmək üçün Azərbaycanın fövqəladə hallar naziri Kəmaləddin Heydərov şəxsən iştirak edib. Nazir dəfn mərasiminə qatılaraq dövlət başçısı İlham Əliyevin başsağlığı məktubunu şeyxin ailəsinə çatdırıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA