Aparat rəhbəri, Baza direktoru, məktəb müəllimi... - YAP-ın namizədləri

img

22-09-2015 [15:08]


Yeni Azərbaycan Partiyasının müxtəlif dairələrdən irəli sürdüyü  namizədləri içərisində xeyli tanınmış persona olsa da eyni zamanda siyahıda adları siyasi palitraya o qədər də bəli olmayan maraqlı şəxslər də  var.

Partiyanın 6 saylı Culfa-Babək seçki dairəsi üzrə irəli sürdüyü namizəd Ülviyyə Həmzəyevadır. 1982-ci ildə anadan olan Ü. Həmzəyeva Naxçıvan Rəssamlar Birliyinin sədridir.

YAP 63 saylı Sabirabad seçki dairəsi üzrə isə Elçin Quliyevi  namizəd olaraq göstərib.  MSK-nın deputatlığa namizəd kimi rəsmən qeydə aldığı  55 yaşlı E.Quliyev Standartlaşdırma, Meterologiya və Patent üzrə Dövlət Komitəsinin Aparat rəhbəridir.

Hakim partiyanın 102 saylı Samux –Şəmkir seçki dairəsi üzrə namizədi Rail Həsənovdur.  58 yaşlı R. Həsənov  Samux dövlət toxumçuluq idarəsində işləyir.  

YAP 107 saylı Qazax seçki dairəsində isə neftçinin namizədliyi üzərində dayanıb. Hakim partiyanın siyahısında olan Zeynal Əhmədov  "SOCAR PETROLİUM” QSC-nin 7 saylı Qazax neft terminalı bazasının direktorudur.

Hakim partiya Şəkidən namizəd seçərkən müəllimlər üzərində dayanmağı lazım bilib. YAP-ın 114 saylı Şəki kənd birinci seçki dairəsindən namizədi olan Xanlar Ağabəyov  Böyük Dəhnə kənd 2 saylı orta məktəbində müəllimdir.

115 saylı Şəki kənd ikinci seçki dairəsi üzrə  namizədi də təhsil sektorunda çalışır. 42 yaşlı Elçin Qarayev H. Əliyev adına Kiş kənd 1 saylı tam orta məktəbinin direktorudur.

YAP 121 saylı Laçın seçki dairəsində isə bank sektoruna üstünlük verib.  Bu dairədən hakim partiyanın namizədi olan 40 yaşlı Mahir Abbaszadə Zamin Bank ASC-nin filial müdiridir.

Xatırladaq ki, MSK-nın qərarı ilə adları çəkilən şəxslərin deputatlığa namizədliyi rəsmən təsdiqlənib. (strateq.az)

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA