Azərbaycan - İsrail dostluq münasibətlərinin davamı SAĞLAMLIQ MARAFONU

img

22-09-2015 [14:29]



19.09.2015 tarixdə Sumqayıtda Azərbaycan - İsrail Tibb Mərkəzinin xətti ilə "UĞUR” klinikasında Beynəlxalq Diaspora Mərkəzinin (BDM) təşəbbüsü ilə və Sumqayıt İcra Hakimiyyətinin, "Vətəndaşların Sosial Rifahının Gücləndirilməsinə Dəstək" İctimai Birliyinin (VSRGDİB) , "Əlil Sahibkarlar Təşkilatı" İctimai Birliyinin (ƏSTİB), Əlil Təşkilatlar İttifaqının (ƏTİ) və Əlil Qadınlar Cəmiyyəti İctimaiBirliyinin (ƏQCİB) birgə təşkilatçılığı ilə növbəti "AÇIQ QAPI" XEYRİYYƏ AKSİYASI reallaşdırılmış . Aksiyanın məqsədi imkansız və əlilliyi olan şəxslərin pulsuz tibbi müayinəsi olub. Xeyriyyə aksiyasından 71 (ümumən 289 nəfər) nəfər əlilliyi olan və imkansız şəxslər faydalanaraq pulsuz tam tibbi müayinədən keçiblər.
Tədbirə İSRAİLİN BAŞ NAZİRİNİN KÖMƏKÇİSİ CƏNAB MENDİ SAFADİ , BDM - nin sədri İsmayıl Ağayev və Xoşməramlı səfir cənab Aleksandr Şapiro Suliman da qatılmışlar.

Belə aksiyaların ölkənin digər regionlarında da keçirilməsi planlaşdırılır.
Azərbaycan - İsrail Tibb Mərkəzi ənənələrinə sadiq qalaraq ilkə imza atıb,hümanistlik missiyasını DAVAMLI reallaşdırmaqdadır və bu qəbil xeyriyyəçilik tədbirlərində əlilliyi olan şəxslərlə bərabər Azərbaycanımızın müstəqilliyi uğrunda sağlamlığını itirmiş çoxsaylı müharibə iştirakçısı qazilərimiz də faydalanmasına şərait yaratmaqdadır.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA