Daha bir icra başçısı təyinatı: Nizami rayonuna başçı gətirildi - Yenilənib

img

22-09-2015 [18:38]


Bu gün Prezident İlham Əliyev Bakının Nizami rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə yeni təyinatla bağlı sərəncam verib. Bununla da Siyəzənin icra başçısı Arif Qasımovun Nizamiyə başçı göndərilməsi ilə bağlı bu gün günorta saatlarında yayılan xəbər təsdiqlənib.

Xatıraladaq ki, bu gun günorta Arif Adil oğlu Qasımov Bakı şəhəri Nizami rayonu İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilməsi haqda xəbər yayılmışdı.

Mia.az da bu xəbəri Azinforum.az-a istinadən yaymışdı.

Hətta Mia.az xəbəri dəqiqləşdirmək üçün Nizami rayon İcra Hakimiyyətinini başçısının 1-ci müavini, bu günə qədər başçı vəzifəsini icra edən İldırım Mehdiyevlə əlaqə yaradıb. O, məlumatın doğruluğnu təsdiqləyib və deyib ki, saat 14.30-da təqdimat olacaq.

Xatırladaq ki, Arif Adil oğlu Qasımov 12 mart 1965-ci ildə Naxçıvan Muxtar Respublikası, Şərur rayonu, Xanlıqlar kəndində anadan olub. Azərbaycan Dövlət İqtisad İnstitutunu iqtisadçı və Naxçıvan Dövlət Universitetini hüquqşünas ixtisasları üzrə bitirib. Əmək fəaliyyətinə başladıqdan sonra müxtəlif vəzifələrdə, o cümlədən Naxçıvan Muxtar Respublikası dövlət əmlakı nazirinin köməkçisi, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının Biləcəri qəsəbəsi üzrə nümayəndəsi, Nizami Rayon İcra Hakimiyyəti başçısının Keşlə qəsəbəsi üzrə nümayəndəsi vəzifələrində işləmişdir. Sonuncu iş yeri Bakı şəhəri, Nizami Bələdiyyəsinin sədri vəzifəsi olmuşdur. Azərbaycan Respublikası Prezidentinin 19 iyul 2011-ci il tarixli sərəncamı ilə Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı təyin edilmişdir. Evlidir. 3 övladı var.

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA