Mehriban Əliyevanın deputatlığa namizədliyi qeydə alındı

img

22-09-2015 [11:28]


Azərbaycanın birinci xanımı, millət vəkili, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın deputatlığa namizədliyi rəsmən qeydə alınıb. 

Mia.az Modern.az-a istinadən saytı xəbər verir ki, Mehriban Əliyevanın deputatlığa namizədliyi dünən 14 saylı Xəzər seçki dairəsində qeydə alınıb. Bu barədə saytımıza Dairə Seçki Komissiyasından məlumat verilib.

Qeyd edək ki, M.Əliyeva hakim Yeni Azərbaycan Partiyasının adı çəkilən seçki dairəsindən vahid namizədidir. Birinci xanım hazırda da Milli Məclisdə bu dairəni təmsil edir.

2005 və 2010-cu illərdə Azərbaycan Respublikasının Milli Məclisinə keçirilən seçkilərdə namizədliyi Yeni Azərbaycan Partiyası tərəfindən 14 saylı Xəzər ikinci seçki dairəsindən irəli sürülmüş Mehriban Əliyeva müvafiq olaraq 92,12% (23106 səs) və 94,49% (31797 səs) səs toplayaraq deputat seçilmişdi. 


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA