İcra başçısı deputat olmaq istəyir - İlginc olay

img

22-09-2015 [11:03]


Noyabrın 1-də keçiriləcək parlament seçkilərində iştirak edənlərin sayı artır. 

YAP-ın açıqladığı namizədlər siyahısında adları olanlarla yanaşı, hakimiyyətin dəstəklədiyi xeyli şəxs də bu seçkilərdə gücünü sınamağa qərar verib. 

Amma parlament seçkilərində iştirak etmək istəyənlər arasında sürpriz namizədlər də var. JAM.AZ-ın əldə etdiyi məlumata görə, Zərdabın icra başçısı Lütfəli Babayev də mandat sahibi olmaq üçün mübarizəyə qoşulub. Belə ki, icra başçısı ötən şənbə günü 92 saylı Dairə Seçki Komissiyasına müraciət edərək, namizəd olmaq istədiyini bildirib. Qısa müddətdə onun sənədlərinə baxılıb və imza vərəqələri götürmək üçün razılıq verilib. 

 92 saylı Zərdab-Ucar Seçki Dairəsindən namizədliyini irəli sürən icra başçısı artıq imzaları da toplayıb və prosesin məxfi qalmasını istəyir. Elə bu səbəbdən də adının heç bir yerdə hallanmamasına çalışır. 

Bu əsnada o da məlum olub ki, Zərdabın icra başçısı namizəd olmaq istəyini zələ xeyli əvvəldən düşünüb. Və həmin dönəmdən də hazırlıqlara başlayıb. Belə ki, Lütfəli Babayev 92 saylı Zərdab-Ucar Dairə Seçki Komissiyasının sədrini iki ay bundan əvvəl işdən çıxarıb. Onun yerinə isə özünün yaxın adamını təyin edib. Halbuki keçmiş DSK sədrinin səlahiyyət müddətinin bitməsinə iki ay vaxt qalıbmış.  (jam.az)

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA