21-09-2015 [18:29]
"Borçalı” İctimai Cəmiyyəti el şairi Zahid Ələmpaşallının "İnsanın dəyəri söhbətindədir” adlı kitabını nəşr etdirib.
"Borçalı” İctimai Cəmiyyətinin Mətbuat və İnformasiya Xidmətindən Mia.az-a daxil olan verilən məlumata görə, Zahid Ələmpaşallının 80 illik yubileyi münasibətilə işıq üzü görən kitabda müəllifin "Məhəbbət dastanı” və son vaxtlar qələmə aldığı şeirləri yer alıb. "Məhəbbət dastanı” müəllifin zindan həyatı keçirərkən rastlaşdığı romantik sevgi macərasının, canlı hadisələrin bədii təsvirindən ibarətdir. Əsərdə qıfılbəndlər, deyişmələr və, ümumiyyətlə, bütün qoşmalar ustalıqla qələmə alınıb. Dastanın baş qəhrəmanları müəllif özü və məhbəsin həkimi Solmaz xanımdır.
Kitabın "Şeirlər” adlanan ikinci bölməsində Zahid Ələmpaşallının oxucuya təqdim olunan şeirləri klassik aşıq poeziyası üslubunda yazılıb. Burada divani, təcnis, gəraylı, müxəmməs və digər qoşma növlərində təqdim olunan şeirlər oxucunun zövqünü oxşayır, ona nostalji hisslər bəxş edir. Redaktoru Elbəyi Cəlaloğlu olan "İnsanın dəyəri söhbətindədir” kitabı "Elm və təhsil” nəşriyyatında çap olunub.
Qeyd edək ki, Qarayazının el şairi Məmmədov Zahid Mirzə oğlu Ələmpaşallı 1935-ci ildə Qarayazı mahalının Kosalı kəndində anadan olub. Orta təhsilini Kosalı kənd məktəbində alıb. Zahid Ələmpaşa llı məktəbdə oxuduğu vaxtlardan poeziyaya böyük maraq göstərib və şeirlər qoşmağa başlayıb. Orta təhsilini bitirdikdən sonra sürücü peşəsinə yiyələnib. Zahid Mirzə oğlu ömrünün 50 ilindən çoxunu sükan arxasında keçirib. Qarayazının el-şairi Zahid Ələmpaşallının bu günə qədər "Qaryazı çiçəkləri” və "Ellərə yadigar, sözüm söhbətim” adlı iki şeirlər kitabı işıq üzü görüb, eləcə də şair bir neçə dastanın müəllifidir. Zahid Ələmpaşallı həm də dinə qulluq edir. O, Qurani-Kərimə yaxından bələddir. El şairi zamanında deyilmiş Ələsgərin, Xəstə Qasımın, Molla Cümanın bağlı qalmış qıfıl bəndlərini açıb. Şairin bir çox şeirləri "Region press”, "Gürcüstan”, "Sözün İşığı”, "Çənlibel”, "Qardabani” qəzetlərində və bəzi jurnallarda dərc olunub. Hazırda Qarayazıda ömrünün 80-ci payızını yaşayan Zahid Mirzəoğlu Ələmpaşallı həm də el ağsaqqalıdır.
4 övladı, 12 nəvəsi, 28 nəticəsi var.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi