21-09-2015 [15:22]
Bu gün ADP İdarə Heyətinin növbəti toplantısı keçirilib.
Partiyadan Mia.az-a verilən məlumata görə, toplantıda ölkədə və regionda baş verən ictimai-siyasi proseslər əsas müzakirə obyekti olub.
Toplantı iştirakçıları ilk növbədə Azərbaycanda noyabrın 1-də keçiriləcək parlament seçkiləri ərəfəsində ölkədə mövcud olan vəziyyət ətrafında fikir mübadiləsi aparıblar. Müzakirələrdə seçkidə iştirak edən müxalif düşərgə təmsilçilərinə qarşı baş verən qanun pozuntuları - namizədlərin özlərinə və səlahiyyətli nümayəndələrinə qarşı hakimiyyət orqanları tərəfindən həyata keçirilən basqılar, imzatoplama kampaniyasına yaradılan süni maneələr və s. kimi hallar ciddi tənqid olunub. İdarə Heyəti hakimiyyəti dünyada və regionda mövcud siyasi konyuktura şəraitində ölkədə yersiz qarşıdurma yaratmamağa, dövlət məmurlarının seçkiyə müdaxiləsinin qarşısının alınması, konstitusion qaydada azad və ədalətli seçkilərin keçirilməsi üçün ciddi tədbirlər görməyə çağırıb.
İdarə Heyəti ölkədə azad mətbuata və vətəndaş cəmiyyəti nümayəndələrinə qarşı aparılan repressiya siyasətinin ölkədə onsuz da ağır olan ictimai-siyasi vəziyyətin daha da gərginləşdirilməsinə və ölkənin beynəlxalq aləmdəki nufuzunun daha da aşağı salınmasına xidmət etdiyini qeyd edərək hakimiyyəti dövlətimizin milli maraqlarına zidd olan bu siyasətini dayandırmağa çağırıb.
İdarə Heyəti son vaxtlar Dağlıq Qarabağın bəzi rayonlarının azad edilməsi müqabilində rus qoşunlarının "sülhməramlılar” adı altında Azərbaycanın işğal altında olan ərazilərinə yeridiləcəyi ilə bağlı ölkə və beynəlxalq mətbuatda gedən informasiyaları müzakirə edib. İdarə Heyəti belə bir hadisənin Azərbaycanın suverenliyinin məhdudlaşdırılmasına gətirib çıxara biləcəyini nəzərə alaraq, hətta Azərbaycan ərazilərinin işğaldan azad olunması müqabilində rus qoşunlarının Dağlıq Qarabağa yerləşdirilməsinin yolverilməz olduğu bildirilib.
ADP İdarə Heyəti qarşıdan gələn Müqəddəs Qurban Bayramı ilə bağlı ölkə başçısı İlham Əliyevə müraciət edərək islami dəyərlərə hörmət əlaməti, islami həmrəyliyə və ölkədə milli barışa xidmət edəcək bir addım kimi siyasi məhbusların azad edilməsi üçün geniş əfv fərmanı imzalamağa çağırıb.
Mia.az
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi