Roida Rzayevanın yeni kitabı - Açıqlama

img

21-09-2015 [13:07]


Azərbaycan Milli Elmlər Akademiyası Fəlsəfə və Hüquq İnstitutunun direktor müavini, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Roida Rzayevanın "Qeyri-Qərb müasirliyi postmodern və mədəni çoxsəslilik diskursunda” adlı növbəti kitabı işıq üzü görüb. 

R.Rzayevanın Mia.az-a verdiyi məlumata görə, monoqrafiya dəyişən mədəni kontekst şəraitində qeyri-Qərb ölkələrində postmodernist indikatorların fəlsəfi dərkinə həsr olunub. 

Tədqiqat Türkiyə cəmiyyətinin nümunəsində elmlərarası yanaşma vasitəsilə aparılıb:

"Nəşrdə ictimai şüurun transformasiyası, postmoderndə din, habitus, identiklik, bədən siyasəti, simvolik təmsillər və s. məsələlər təhlil olunub. Kitabda sosio-mədəni məzmunun müxtəlifliyi ilə şərtlənmiş postmodernin kontekstində "Qərb – qeyri-Qərb” dixotomiyası, həmçinin postsovet cəmiyyətləri işıqlandırılır.

Monoqrafiya alimlərə, postmodernizm və multikulturalizm anlayışları ilə bu və ya digər dərəcədə əlaqədar proseslərin problematikasını, "Qərb – qeyri-Qərb” paradiqmasını, qeyri-Qərb müasirliyini, ümumiyyətlə sosiomədəniyyəti tədqiq edən mütəxəssislərə və müasir fəlsəfə ilə maraqlananlara tövsiyə olunur. Kitab dərs vəsaiti kimi də istifadə oluna bilər".




Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA