İlham Əliyev açılış etdi

img

21-09-2015 [11:43]


Prezident İlham Əliyev Respublika Əlillərin Bərpa Mərkəzinin əsaslı təmir və yenidənqurmadan sonra açılışında iştirak edib.

Dövlət başçısı mərkəzin rəmzi açılışını bildirən lenti kəsib. Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov İlham Əliyevə mərkəzdə yaradılmış şərait barədə məlumat verib.

Bildirilib ki, il ərzində ambulator, gündüz stasionarı və stasionar şəraitdə əlillərin reabilitasiyası və müalicəsi ilə məşğul olan mərkəz müasir tibbi avadanlıqla təchiz edilib. Binanın həyətində geniş yaşıllaşdırma işləri görülüb, xəstələrin təmiz havada gəzintisi və istirahəti üçün bütün şərait yaradılıb.

Mərkəzlə yaxından tanış olan dövlətimizin başçısı müvafiq tapşırıq və tövsiyələrini verib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA