21-09-2015 [11:11]
27 yanvar 2015-ci ildə Quba rayon icra hakimiyyətinin başçısı vəzifəsindən azad olunaraq, Göyçay Rayon İcra Hakimiyyətinin başçısı təyin edilən Mübariz Ağayev sələfi Mənsur Məmmmədova qarşı açıq kampaniya aparır.
Mia.az xəbər
verir ki, bu barədə «Reytinq»ə rayonda mühim vəzifə tutan məmurlardan biri məlumat
veib. Adının çəkilməsni istəməyən məmur deyir ki, eyni rayondan olmalarına baxmayaraq,
bu iki icra başçısının arasından sanki «qara pişik» keçib: «Mübariz Ağayev Ucarın
Məlikumudlu kəndində anadan olub. Mənsur Məmmədov isə rayonun Qazıqumlax kəndində
doğulub. Mübarz Ağayev Göyçaya - Mənsur Məmmədovun postuna təyinat alarkən, həmyerlisi
də Ziya Məmmədovun dəstəyi ilə Ucara «transfer» olundu. Ziya Məmmədovun yaxın qohumu
olan Mənsur Məmmədovun Göyçaydan çıxarılmasını, Mübariz Ağayevin isə bu rayona gəlişini
toy-bayram edən hazırkı icra başçısının yaxın qohumları bununla iki icra başçısı
arasındakı düşmənçiliyi daha da dərinləşdirdilər. Vəziyyət o hədd çatdı ki, Mübariz
Ağayev Mənsur Məmmədovun rayonda vəzifələrə təyin etdiyi və şəxsən yaxınlıq elədiyi
bütün vəzifəli şəxsləri hədəfə aldı. Hətta rayon məhkəməsinin sədrini də bir neçə
dəfə «tələ»yə salmaq istiədi. Lakin məhkəmə sədrini özüylə hesablaşdırsa da, sistemdən
qovdura bilmədi».
Məlumatlı
şəxs deyir ki, Mübariz Ağayevin və yaxın ətrafının belə gözlənilməz başgicəllənmə
ilə hərəkət etməsi çoxlarını təəccübləndirib:
«Görünür, Göyçaya təyinatı zamanı Prezident Administrasiyasında ona verilən tapşırıq və ruhlandırmadan həyəcanlanan Mübariz Ağayev qarşısıalınmaz rəhbər şəxs statusuna sahibləndiyi xəyalını qurub. Hətta təyinatından dərhal sonra Mənsur Məmmədovun layihələrini dayandırmaqla, rayonu yenidən qurmaq, abadlaşdırmaq adıyla geniş işlərə başlayacağını açıqladı. Bu zaman isə avqustda prezidentin rayona səfər edəcəyini də deyərək, Mənsur Məmmədovun rayonu məhv elədiyni, rayonda heç bir iş görmədiyini də açıq bəyan eləməyə başladı. Sözsüz ki, bu da Mənsur Məmmədova xəbər verilirdi.

Mənsur Məmmədov
O da xələfinin bu aşağılayıcı
hərəkətini bağışlamayaraq, Mübariz Ağayevə qarşı məmur hücumu təşkil etməyə cəhd
elədi. Bununla bağlı rayonda çox ciddi söhbətlər də var. Sadəcə bu xəbərlər hələlik
şayiə xarakterli olduğundan danışmaq istiəmirəm. Ancaq Göyçayda hüquq müdafiəçisi
Taleh Xasməmmədovun həbsinin əsl səbəbləri ilə bağlı araşdırma apara bilsəniz, məncə,
bunun kökü iki icra başçısının arasındakı davaya gedib çıxacaq. Hansı ki, bu
olay faktiki hakimiyyətin özünü də lazımsız yerə çətin vəziyyətdə qoyub. Yəni
icra başçısı öz məkrli planına görə yuxarılara yalan məlumat verməklə, mənasız bir
olay yaradaraq, Azərbaycanın adını beynəlxalq aləmdə zərbə altında qoyublar...».
Bu və ya digər məlumatlara hələlik toxunmadan,
qarşı tərəfləri də dinləməyə hazır olduğunuzu bildiririk.
Mia.az
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi