20-09-2015 [00:21]
Rusiya Azərbaycanlılarının I Forumunun keçirilməsi ilə bağlı Təşkilat Komitəsinin iclası keçirilib.
APA-nın Moskva müxbirin verdiyi məlumata görə, iclasda Rusiya regionlarında fəaliyyət göstərən azərbaycanlıların federal milli-mədəni muxtariyyətlərinin rəhbərləri və Ümumrusiya Azərbaycan Konqresinin regional bölmələrinin rəhbərləri iştirak ediblər. "Azərros” FMMM-in iclasda Kostroma, Nijni Novqorod və Moskva bölmələrindən başqa bütün regional rəhbərləri təmsil olunub. Təşkilatın adından "Azərros”un Ağsaqqallar Şurasının sədri Sərdar Abdullayev çıxış edərək, "Azərros”un tarixində yeni səhifənin açılışını təklif edib.
Rusiyanın regionlarında fəaliyyət göstərən ÜAK və federal milli-mədəni muxtariyyətlərinin diaspor rəhbərləri tərəfindən iclasın nəticəsi olaraq iki təşkilatın birləşməsi barədə deklarasiya qəbul olunub. Lakin ÜAK-ın adı və tarixi ümummilli lider Heydər Əliyev ilə bağlı olduğuna görə birləşmə prosesində ÜAK-a prioritet veriləcəyi bildirilib. Deklarasiyanın ikinci bəndinə əsasən təşkilatların aparatlarının qarşılıqlı inteqrasiyası üçün Foruma qədər hər iki təşkilatın bir binada – Rusiya Azərbaycan İcması Evində yerləşməsi qərarı verilib. Həmçinin təşkilatların saytlarının birləşməsi də qərara alınıb. Birləşmə prosesi Foruma qədər iclasda seçilmiş 4 nəfərdən ibarət işçi qrup və səriştəli hüquqşünaslar tərəfindən hazırlanacaq. Bu işin nəticələri isə Təşkilat Komitəsinin növbəti iclasında açıqlanacaq.
İclasda həmçinin "Azərros”un Ağsaqqallar Şurasının sədri Sərdar Abdullayev Azərbaycan regional diaspor rəhbərlərinin təklifi ilə ümumi Azərbaycan diasporu "Ağsaqqallar Şurasının” sədri təyin olunub.
Tədbirdə çıxış edən Azərbaycanın Rusiyadakı səfirinin müavini Qüdsi Osmanov bu addımın Azərbaycan diaspor tarixində mühüm olduğunu vurğulayaraq Rusiya-Azərbaycan münasibətlərinin rifahına qulluq edəcəyini bildirib.
Ümumrusiya Azərbaycan Konqresinin prezidenti Məmməd Əliyev isə çıxışında bu addımın Azərbaycan diasporunda mövcud olan vəziyyət ilə əlaqədar olduğunu bildirərək bunun diasporun həyatında əhəmiyyətini xüsusi vurğulayıb.
İclasda bütün diaspor rəhbərlərinə söz verilib. Onlar diasporda mövcud olan problemlər barədə öz iradlarını, təkliflərini və arzularını səsləndiriblər.
Sonda Rusiya Azərbaycanlılarının I Forumunun Təşkilatı Komitəsinin növbəti iclasının bu ilin noyabr ayında keçiriləcəyi qeyd edilib.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi