Ağır vəziyyətdə olan 1-ci qrup Qarabağ qazisi vəfat etdi

img

19-09-2015 [19:12]


Ağır vəziyyətdə olan 1-ci qrup Qarabağ qazisi Fəxrəddin Rəhimov vəfat edib. 

Bu barədə Qarabağ Qazilər Birliyinin mətbuat xidmətinin rəhbəri Rey Kərimoğlu məlumat verib. 

Onu da qeyd edək ki, F.Rəhimovun dərisinin çürüməsi nəticəsində deşilib çıxan yan çanaq sümüyü kəsilərək götürülmüşdü. Əməliyyat uğurla həyata keçirmişdi.

Xatırladaq ki, bir müddət əvvəl F.Rəhimov ağır vəziyyətdə Respublika Klinik Xəstəxanasına yerləşdirilmişdi. Onun yaşaması üçün ümid az olsa da, həkimlərin səyi sayəsində kirtik vəziyyətdən çıxarılmışdı. 

Həkimlərin müzakirəsindən sonra Respublika Travmatologiya Xəstəxanasından Professor Çingiz Əlizadə dəvət edilmişdi. Elə Respublika Klinik Xəstəxanasında müalicə edilib, əməliyyat olunmuşdu.

Qeyd edək ki, F.Rəhimov 1992-ci ilin yayında - 18 yaşında - Ağdamın Abdal-Gülabıl kəndi istiqamətində gedən döyüşlərdə aldığı çoxsaylı qəlpə yarası ilə ömürlük yataq xəstəsinə çevrilmişdi.

Fəxrəddin Rəhimov sabah doğulub böyüdüyü və qoruduğu Ağdam rayonunda - Quzanli qəsəbəsində dəfn ediləcək.

Allah rəhmət eləsin!.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA