Ziya Məmmədovun qardaşından deputatlıq iddiası ilə bağlı daha bir açıqlama

img

19-09-2015 [15:21]


Nəqliyyat naziri Ziya Məmmədovun qardaşı, millət vəkili Elton Məmmədov bu il keçiriləcək parlament seçkilərindən kənarda qalması haqqında yazılan məlumatlara aydınlıq gətirib.

O, AzNews.az-a açıqlamasında bildirib ki, parlament seçkilərində namizədliyini irəli sürüb-sürməyəcəyinə gələn həftə qərar verəcək:"Əgər seçkidə iştirakla bağlı qərarım qətiləşsə, gələn həftə sənədlərimi dairə seçki komisiyasına təqdim edəcəm. Hələ vaxta var”.

Millt vəkili bildirib ki, seçiciləriylə görüşəndən sonra qərar verəcək:

 «Gələn həftə müəyyən görüşlərim olacaq. İlk növbədə seçicilərimlə. Əgər seçicilərim israr etsələr ki, yenidən onların vəkili olum, onda yəqin, namizədliyimi verəcəm».

Qeyd edək ki, Elton Məmmədov 91 saylı Ucar Seçki Dairəsindən millət vəkili seçilib. Hazırda isə həmin dairədən Yeni Azərbaycan Partiyasının dəstəklədiyi Vüsal Hüseynovun namizədliyi irəli sürülüb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA