19-09-2015 [14:34]
AzTV Qapalı Səhmdar Cəmiyyətinin sədrinin müavini İbrahim Məmmədovla bağlı aylardır davam edən kəskin durum davam edir. Sentyabrın 15-də rəhbərlik tərəfindən göndərildiyi məzuniyyət müddəti bitən İ.Məmmədovun həmin tarixdə işə çıxacağı gözlənilsə də, hər şey fərqli məcrada davam etdi.
İ. Məmmədovun yaxın qohumlarının musavat.com-a verdiyi məlumata görə, hazırda onun səhhəti pisləşib, kritik həddədir. Xüsusən son günlər güclü stress keçirdiyi üçün ürəyində, başında kəskin ağrılar meydana gəlib. Hazırda yataq şəraitində olan İ.Məmmədova davamlı sistemlər köçürülür. Yaxınlarının bildirdiyinə görə, sədr müavinin durumunda neçə gündür yaxşılığa doğru heç nə yoxdur.
Qohumları eyni zamanda bildirib ki, əgər İ.Məmmədovun durumu bu cür davam etsə, ailəsi müalicəsini Türkiyədə davam etdirmək istəyir. Daha bir məlumat isə onun AzTV-dəki durumu ilə bağlıdır.
Belə ki, bir neçə gün öncə İ.Məmmədovun müavin otağı da Arif Alışanovun göstərişi ilə boşaldılıb, otağının və xidməti maşınının açarları isə alınıb.
![]()
Musavat.com bu məlumatı dəqiqləşdirmək üçün bir neçə gündür ki, İ.Məmmədovla əlaqə yaratmağa çalışır. Amma o, heç bir zənglərə cavab vermir. Bu hadisənin son bir neçə gündə baş verməsi isə göstərir ki, AzTV-dəki sədr-müavin davasının birincinin xeyrinə həll olduğu dəqiqləşib. Sentyabrın 15-də işə çıxmalı olan İ.Məmmədov üçün bütün qapılar bağlanıb. Dövlət başçısının sərəncamı ilə sədr müavini təyin edilən tanınmış jurnalist sədrin və onun tərəfdarları qarşısında duruş gətirə bilməyib. Səhhətində baş verənlər isə məlum mübarizədə düşdüyü situasiyanın nəticəsidir.
Mediada dolaşan daha bir məlumat isə İ.Məmmədovun İctimai Televiziyaya rəhbər gətiriləcəyi ilə bağlıdır. İddiaya görə, dövlət başçısı İ.Məmmədov kimi bir kadrı bu vəziyyətdə qoymamaq üçün ona daha nüfuzlu bir kanalı – İTV-ni etibar etmək istəyir. Bu, hazırda sözügedən kanalda ən çox dolaşan söhbətlərdəndir.
Musavat.com günlərdir əldə etdiyi bu xəbəri dəqiqləşdirmək üçün AzTV Qapalı Səhmdar Cəmiyyəti mətbuat xidmətinin rəhbəri Xatirə Qasımova ilə danışmağa cəhd etsə də, sonuncunu yerində tapmaq qeyri-mümkündür. Bütün hallarda, musavat.com olaraq onların mövzu ilə bağlı mövqeyini, açıqlamalarını işıqlandırmağa hazırıq.
Mövzunu davam etdirəcəyik.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi