İlham Əliyevdən daha bir sərəncam - İcra Hakimiyyətinə pul ayrıldı

img

18-09-2015 [18:53]


Azərbaycan Prezidenti İlham Əliyev "Kürdəmir şəhərində çoxmənzilli binaların əsaslı təmiri ilə bağlı tədbirlər haqqında" sərəncam imzalayıb.

Sərəncamda bildirilir ki, Kürdəmirdə abadlıq-quruculuq işlərinin davam etdirilməsi, habelə şəhərin mənzil fonduna daxil olan 21 çoxmənzilli binanın əsaslı təmiri məqsədilə Kürdəmir Rayon İcra Hakimiyyətinə Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan 3 milyon manat ayrılmasını qərara alıb.

Maliyyə Nazirliyinə sərəncamda göstərilən məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək tapşırılıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA