8 nəfərin namizədliyi qeydə alındı - MSK

img

18-09-2015 [17:58]


Milli Məclisə seçkilərlə əlaqədar ilk 8 nəfərin deputatlığa namizədliyi qeydə alınıb.

AzNews.az xəbər verir ki, bunu Mərkəzi Seçkilər Komissiyasının bu gün keçirilən iclasında MSK sədri Məzahir Pənahov deyib.

Onun sözlərinə görə, parlament seçkilərində namizədliyinin qeydə alınması üçün 125 dairə üzrə 923 müraciət daxil olub: "Onlardan 498 nəfəri13 siyasi partiya tərəfindən, 34 nəfəri "Azadlıq-2015” blokundan, 388 nəfəri fərdi qaydada, 3 nəfərin namizədliyi təşəbbüs qrupu tərəfindən irəli sürülüb. 720 nəfərin namizədliyinin irəli sürülməsi təsdiq olunub. Onlardan 583 nəfər imza vərəqələri alıb, onlardan 39 nəfəri imza vərəqələrini qaytarıb. Onlardan isə 8 nəfərin namizədliyi qeydə alınıb”.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA