Ümumdünya Xroniki Miyeloblast Leykoz günü ilə bağlı konfrans keçiriləcək

img

18-09-2015 [15:07]




22 sentyabr - Ümumdünya XML günü 2008-ci ildə Pasiyent icması tərəfindən təyin edilmişdir. Bu günün məqsədi dünyanın hər yerindən olan geniş ictimaiyyət və siyasət xadimləri, həmçinin tibb mütəxəssislərinin dəstəyinə olan ehtiyacı hər bir kəsin diqqətinə çatdırmaqdır.
22 sentyabr 2015-ci il tarixində dünyanın bir icması bir həyat dəyişən gerçəklik - Xroniki Miyeloblast leykoz(XML) ilə keçən həyat barədə məlumatlılığı artırmaq üçün bir araya toplaşır. Ümumdünya XML Günündə bütün qitələrdə eyni vaxtlı tədbirlər keçirilir, nəşrlər buraxılır və toplantılar təşkil olunur. Bu fəaliyyətlər bütövlükdə, təxminən 80 ölkədən olan 100-dən çox pasient müdafiəçiləri qruplarından təşkil olunmuş və pasientlərin idarə etdikləri XML Müdafiəçilər Şəbəkəsi tərəfindən əlaqələndirilir.
Xatırladaq ki, XML (xroniki miyeloblast leykoz) qan yaradıcı sistemin şiş xəstəliyidir. Bu xəstəliyə hər bir insan tutula bilər.
XML günü xroniki miyeloblast leykoz ilə yaşamağa məcbur olan bütün xəstələri ümid, qayğı və ən yaxşı müalicə üsulları birləşdirir.
Ümumdünya XML günü üçün seçilmiş tarix rəmzi əhəmiyyət daşıyır. 9 və 22 xromosomlarda baş verən genetik dəyişikliklər Xroniki Miyeloblast Leykoza səbəb olur, bu da leykositlərin sayının qeyri-normal artımı xarakterizə edilir. Təxminən 15 il əvvəl XML əksəriyyət üçün ölümcül xəstəlik hesab edilirdisə, artıq bu gün XML ölüm hökmü deyil. Müalicə və tibbi xidmət sahəsində əldə edilmiş nailiyyətlər XML-i pasientlər effektli müalicə edildikləri təqdirdə normal və uzun ömür yaşamaq şansına malikdirlər. Müasir dərman preparatlarının istifadəsi tam remissiyaya gətirib çıxarır, bunun sayəsində sağalmış vətəndaşın sağlam insanla fərqi olmur.
Azərbaycanda Beynəlxalq GİPAP (Glivek International Patient Assistance Proqram) proqramı çərçivəsində xəstələr Glivek® preparatları ilə təmənnasız təmin olunurlar və xəstələrin sayı 300 nəfərdən coxdur. Artiq 2014-cü ildən başlayaraq bu xəstələr üçün dövlətimiz tərəfindən lazımı olan laborator müayinələri ( PCR) və ikinci xətt üzrə dərmanların alınması həyata kecirilir.
Mətbuat konfransının kecirilməsində əsas məqsəd XML-lə xəstə vətəndaşlarını bu günə olan bütün müalicə üsulları haqqında maarifləndirmək və bu sahə üzrə dövlət proqramının qəbul olunması vacibliyini bildirməkdi. Dövlət proqraminın qəbul edilməsi gələcəyin əminliyi deməkdir.

Tədbir 22 sentyabr 2015-ci il saat 11-00-da Beynəlxalq Mətbuat Mərkəzi

Ünvan: Bakı şəhəri, Mətbuat pr. 23




Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA