Hərbi qulluqçuların inzibati məsuliyyət toxunulmazlığı ləğv oluna bilər

img

18-09-2015 [14:34]




Azərbaycanda müddətli həqiqi hərbi xidmət keçən hərbi qulluqçulara inzibati həbs və inzibati cərimə toxunulmazlığı aradan qaldırıla bilər.

Milli Məclisdən APA-ya verilən məlumata görə, bununla bağlı "Hərbi qulluqçuların statusu haqqında” qanuna dəyişiklik təklif edilir.
Dəyişikliyə əsasən, qanunun 30-cu maddəsindən "Müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularına inzibati həbs və inzibati cərimə tətbiq edilə bilməz” cümlələri çıxarılır. Onun əvəzinə "Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş qaydada inzibati məsuliyyət daşıyırlar” cümləsi əlavə olunur. Dəyişikliyin hərbi rütbəsindən və hərbi vəzifəsindən asılı olmayaraq bütün hərbi qulluqçulara şamil olunduğu bildirilir.
Layihə Təhlükəsizlik və müdafiə komitəsi tərəfindən Milli Məclisin plenar iclasına tövsiyə olunub və sentyabrın 30-da müzakirəyə çıxarılacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA