Generalın qardaşı dövlət xidmətində yüksək vəzifə aldı

img

18-09-2015 [13:49]


Tanınmış iş adamı Vəli Nağıyev Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə rəhbər vəzifəyə təyin edilib.  

V.Nağıyevin  bir həftə olar ki, yeni işinin icrasına başladığı bildirilir. Sabiq iş adamı qurumda Baş İdarə rəisi vəzifəsinə təyin edilsə də, onun birinci müavinin otağında oturduğu söylənilir.

Mia.az xəbər verir ki, bu barədə Azinforum.az saytı xəbər yayıb.

Sayt bildirir ki, Vəli Nağıyev bu təyinata kimi A.P.İ.K Şirkətlər Qrupuna rəhbərlik edib.

Qeyd edək ki, Vəli Nağıyev Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəis müavini Əli Nağıyevin qardaşıdır.



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA