Şeyxin qudası həcc ziyarətini yarıda qoydu - Deputatlığa görə

img

18-09-2015 [13:13]


Milli Məclisin deputatı Qalib Salahzadə dünən həcc ziyarətindən yarımçıq Bakıya dönüb.

Mia.az Avropa.info-ya istinadən xəbər verir ki, Qalib Salahzadə İstanbul aviareysi ilə Azərbaycana qayıdıb. Qeyd edək ki, YAP-ın bu həftə açıqladığı siyahıda Qalib Salahzadənin namizədliyi irəli sürülməyib. YAP 27 saylı Sabunçu ikinci dairəsindən Cəbrayılova Dilarə Məmmədağa qızının namizəd olması ilə bağlı qərar qəbul edib.

Məlumatı verən mənbə qeyd edib ki, Qalib Salahzadənin həcc ziyarətini yarımçıq qoyub Bakıya dönməsi onun yenidən deputat seçilmək arzusu ilə bağlıdır: "Hacı Qalib yenidən deputatlığa namizəd olmaq üçün danışıqlar aparmaq istəyir".

YAP icra katibinin müavini Siyavuş Novruzov isə bugünkü müahibəsində partiyanın qərarından kənar namizəd olmaq istəyənlərin üzvlükdən xaric oluncaqlarının anonsunu verib.

Xatırladaq ki, Q.Salahzadə Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadənin qudasıdır.

O, hazırda 27 saylı Sabunçu ikinci dairəsindən Milli Məclisin deputatıdır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA