“Azercell Telekom” "TeliaSonera" şirkətlər qrupu haqda açıqlama yaydı

img

18-09-2015 [12:58]


"TeliaSonera" şirkətlər qrupunun Avrasiya biznes regionunu tərk etmək niyyəti barədə yaydığı məlumata dair "Azercell Telekom” MMC-nin rəsmi açıqlama yayıb.

Mia.az xəbər verir ki, açıqlamada bundan öncə həm Avrasiya, həm də Avropa regionunda fəaliyyət göstərən TeliaSonera özünün yeni strategiyası çərçivəsində səylərini İsveç və Avropada cəmləşdirmək məqsədilə Avrasiya ərazisindəki fəaliyyətini azaltmağa, nəticə etibarilə tamamilə regiondan çıxmaq planlarını həyata keçirməyə qərar verdiyi bildirilib:

"Bu qərar Teliasonera şirkətlər qrupunun idarə heyəti tərəfindən qəbul olunub.

Qeyd edək ki, əsas səhmdarın Avrasiya regionuna aid şirkətlərdəki fəaliyyətini dayandırmaq niyyətinə baxmayaraq, Azərbaycanın mobil telekommunikasiya bazarının lideri "Azercell Telekom” MMC ölkə qanunvericiliyinə uyğun olaraq fəaliyyət göstərir və öz fəaliyyətini eyni şəkildə davam etdirəcək. Bizim məqsədimiz, hər zaman olduğu kimi, müştərilərimizə yüksək keyfiyyətli mobil rabitə xidmət göstərməkdir və bu məqsədimizə də daim sadiq qalaraq, müştərilərimizi yeni-yeni kampaniyalarla, tariflərlə və xidmətlərlə sevindirməkdə davam edəcəyik".

Azercell-in mətbuat xidməti qeyd olunmuş məsə ilə bağlı hər hansı bir yenilik olduqda məlumatı media vasitəsi ilə ictimaiyyətlə paylaşacaq".


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA