18-09-2015 [11:40]
"Parlament seçkisi hər bir şəxsin xalqı üçün çalışmaq əzminin böyük nümayiş meydanı, özünütəsdiq şansıdır. Mən də bu şansdan yararlanmaq, daha geniş toplum üçün faydalı olmaq niyyətindəyəm. Buna görə də Azərbaycan Respublikasının Milli Məclisinin deputatı olmağa iddialıyam".
Mia.az xəbər verir ki, bu sözləri Mətbuat Şurasının sədri Əflatun Amaşov deyib. Onun sözlərinə görə, rəhbərlik etdiyi Azərbaycan Mətbuat Şurası indiyədək respublikamızın bir çox rayonlarında tədbirlər təşkil edib:
"Bu xüsusda yerli əhali ilə görüşmək, söhbətləşmək imkanım da çox olub. Onların problemlərini, qayğılarını öyrənmişəm. Mətbuat Şurasının özü də elə ictimai institutdur ki, burada daha çox vətəndaşlarla təmas yaradırsan. Hər il ölkənin müxtəlif bölgələrindən yüzlərlə müraciətin həllinə yardımçı olmağımız bu təmasların canlı nümunəsidir. Bizi respublikanın hər yerində tanıyır və dəyərləndirirlər. Fəaliyyətimiz ictimaiyyətə doğru açılan körpüdür. Düşünürəm ki, ötən illərin təcrübəsi bu fəaliyyətin geniş spektrdə davam etdirilməsinə imkan verəcək.
Ölkə parlamentində jurnalistika ilə əlaqəli şəxslərin təmsilçiliyi məsələsinə də toxunmaq istərdim. Milli Məclis canlı orqanizmdir. Orada bütün orqanların funksional fəaliyyət göstərməsi zəruridir, həyati prosesdir. Parlamenti mediasız, jurnalistlərsiz təsəvvür etmək qeyri-mümkündür. Çünki media cəmiyyətin güzgüsüdür. Onun problemlərinin sistemli şəkildə və ardıcıl gündəmə gətirilməsinə hər zaman ehtiyac var. Buna görə jurnalistikanın parlamentdə təmsilçiliyi vacibdir. Deputat olmaq istəyim həm də bu nöqteyi-nəzərdən dəyərləndirilməlidir.
Onu da deyim ki, 2015-ci ildə keçiriləcək parlament seçkisində iştirak barədə öncədən də düşünmüşdüm. Belə qənaətə gəlmişdim ki, namizədliyimi bölgələrdən birindən irəli sürəcəm. Azərbaycanın demək olar, bütün rayonlarında dəfələrlə olmuşam. Ölkəmizin hər yeri mənim üçün əzizdir. Bir neçə dairəni nəzərdən keçirdim. Yekunda 62 saylı Saatlı seçki dairəsinin üzərində dayandım. Burada da seçkiqabağı təbliğat işini düzgün qurmaq üçün mənə dəstəyini əsirgəməyəcək çoxlu dostlarım var. Seçki rəqabətdir. Parlament seçkisi isə böyük rəqabət meydanıdır. Hər bir namizəd çalışacaq ki, özünün daha faydalı olduğunu göstərsin. Çox çətin olacaq. Amma inanıram ki, 62 saylı Saatlı seçki dairəsində uğur qazana bilərəm. Artıq bunun üçün ilk addımlaımı atmışam. Gərgin işlərə başlamışam. Məni dəstəkləyəcək hər kəsə öncədən təşəkkürümü bildirirəm".
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi