Deputatlığa namizədlər Mehdiyevlə görüşüb - Partiya sədri danışdı

img

18-09-2015 [11:14]


Seçkilərə qatılan bəzi partiya sədrlərilə Prezident Adminstrasiyasında söhbətlər aparılır.

Mia.az xəbər verir ki, bu haqda Turan məlumat yayıb. Xəbərdə bildirilir ki, verilən xəbərə görə, bu görüşlərə sentybarın 17-dən start verilib. Belə görüşlər Sosial-Demokrat Partiyasının sədri Araz Əlizadə və Vəhdət Partiyasının sədri Tahir Kərimovla keçirilib.

Mənbə qeyd edir ki, partiya sədrlərini PA-nın rəhbəri Ramiz Mehdiyev şəxsən özü qəbul edib. Partiya sədrlərinə deputat seçildikdən sonrakı "davranışları” ilə bağlı təlimatlar verildiyi iddia edilir.

ASDP sədri Araz Əlizadə "Qafqazinfo”ya açıqlamasında PA rəhbəri Ramiz Mehdiyevlə görüşmədiyini bildirib: "Bayaqdan bütün jurnalistlər mənə zəng edirlər. Amma mən görüşməmişəm. Dəvət olsaydı, görüşərdim. O, nə Sarkisyan, nə Köçəryan, nə də ki Azərbaycan xalqının düşmənidir. Mən Azərbaycan xalqının övladları ilə həmişə görüşməyə hazıram”.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA