17-09-2015 [21:21]
Azərbaycan klassik musiqisinin qurucusu, dahi bəstəkar Üzeyir Hacıbəylinin 130, vokal sənətimizin əvəzsiz təmsilçisi Rəşid Behbudovun isə 100 illik yubileyi ilə əlaqədar ABŞ-da xüsusi poçt markaları buraxılıb. Markaların buraxılması Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğunun təşəbbüsü və dəstəyi ilə baş tutub.
Knsulluqdan Mia.az-a verilən məlumata görə, ABŞ-n Federal Poçt Xidməti tərəfindən təsdiq olunmuş və bütün ölkə ərazisində istifadə gücünə malik poçt markalarının üzərində hər iki musiqi xadiminin şəkillərinin müşayiətilə "Üzeyir Hacıbəyli (1885-1948): Azərbaycan klassik musiqisinin banisi, 130 il” və "Rəşid Behbudov (1915-1989): Əfsanəvi Azərbaycan müğənnisi, 100 il” sözləri yazılıb. U.Hacıbəyliyə həsr olunmuş markanın üzərində dahi bəstəkarın "Koroğlu” operasından notlar yerləşdirilib.
Qeyd edək ki, bu, Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğu tərəfindən Üzeyir Hacıbəyli və Rəşid Behbudov irsinin ABŞ-da tanıdılması məqsədilə bu il həyata keçirilən silsilə tədbirlərin bir tərkib hissəsidir. Belə ki, sentyabrın 19-da əfsanəvi "Arşın mal alan" filminin Hollivudda premyerası keçiriləcəkdir. Film, Hollivudun ən qədim kinoteatrlarından olan, tarixə ilk avtomatlaşdırılmış kinoteatr kimi düşmüş "Ricardo Montalban” kinoteatrında nümayiş olunacaq.
Həmçinin, Kaliforniya ştatının tanınmış şəhərlərindən olan Santa Monika şəhəri bəyannamə qəbul edərək, sentyabr ayının 18-nin şəhərdə "Üzeyir Hacıbəyli Günü” kimi qeyd olunacağını bəyan edib.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi