17-09-2015 [16:39]
Bu gün səhər saatlarında Bakı-Sumqayıt yolunda mikroavtobus dəhşətli qəza törədib.
Belə ki, idarəetməni itirən mikroavtobus sürücüsü nəqliyyat vasitəsini yolun kənarında quraşdırılan dəmir arakəsmələrə çırpıb. Nəticədə avtomobilin qarşısından keçən dəmir arakəsmə arxa hissəyə qədər sərnişinlərə ciddi xəsarət yetirib. Hadisə nəticəsində ölənlərin sayının çox olmasına səbəb dəmir arakəsmələrin sərnişinlərin ayaqlarını kəsməsi olub.
Bundan öncə də baş verən bir neçə qəzada da bu cür hallar baş verib. Belədə həmin arakəsmələrin həyat üçün daha təhlükəli olması məsələsi gündəmə gəlib.
"Azəryolservis" ASC-nin Mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli AzVision.az-a açıqlamasında bildirib ki, dünya praktikasında yollarda dəmir arakəsmələrin istifadəsi qəbulediləndir. Onun sözlərinə görə, həmin ölkələrdə sürücülər avtomobili nizam-intizamla idarə etdiyi üçün belə dəhşətli qəzlar az hallarda baş verir:
"Çünki sürücülər yol-hərəkəti qaydalarına riayət edir, hava şəraitini nəzərə alırlar. Təəssüflər olsun ki, bizdə yol-nəqliyyat hadisələri tez-tez baş verir. Bu gün qəza baş verən ərazidə də mikroavtobus təhlükəsizlik məqsədi üçün quraşdırılan dəmir hissələrə keçib. Bu cür qəzalar daha çox sürücülərin məsuliyyətsizliyindən baş verir”.
"Azəryolservis” ASC-nin rəsmisi bildirib ki, hazırda avtomobil yollarında dəmir arakəsmələrin beton arakəsmələrlə əvəzlənməsi istiqamətində iş aparılır:
"Hazırda təmir işləri aparılan Bakı-Quba yolunda dəmir arakəsmələr yığışdırılır. Onların əvəzinə beton arakəsmələr quraşıdırlacaq. Dünyanın hər bir yerində dəmir arakəsmələrin qoyulması normal haldır. Sadəcə ölkəmizdə sürücülərin məsuliyyətsizliyindən bu cür hadisələr baş verir. Bu baxımdan da məcburuq ki, həmin dəmir arakəsmələri beton arakəsmələrlə əvəz edək.
Beton arakəsmələrdə təkəri geri qaytaran hissə var və avtomobil hər hansı bir qəza hadisəsi törətdikdə beton arakəsməyə dəyərsə, daha az xəsarətlərlə xilas olmaq olar. Hazırda bu istiqamətdə işlər aparılır. Qeyd etdiyimiz ki, Bakı-Quba-Rusiya avtomobil yolunda təmir aparılan hissədən başlayaraq dəmir arakəsmələr beton arakəsmələrlə əvəzlənir”.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi