TQDK yeni qəbul kampaniyasına başlayır

img

17-09-2015 [13:41]


"Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2015-2016-cı tədris ili üçün qəbul kampaniyasını başa çatdırıb”.

APA-nın xəbərinə görə, bunu TQDK sədri Məleykə Abbaszadə deyib.

O, bildirib ki, cari ildə keçirilən müxtəlif təyinatlı imtahanlarda ümumilikdə 600 mindən artıq şəxs iştirak edib: "Bu çox böyük rəqəmdir”.

M. Abbaszadə qeyd edib ki, artıq TQDK yeni qəbul kampaniyasına başlamağa hazırlaşır: "Komissiya son 6 ay ərzində vətəndaşlara təqdim etdiyi elektron xidmətlər istifadəçi sayına görə daim birinci yerdə olub.

Cari ilin avqust ayına kimi TQDK-nın təqdim etdiyi 15 elektron xidmət növündən 4 167 385 dəfə istifadə olunub ki, bu da bir təşkilat üzrə yüksək göstəricidir”.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA