Azərbaycanda leysan: 4 ev dağıldı, 95 evi su basdı

img

17-09-2015 [12:51]


Şimal bölgəsinə yağan güclü yağış Qusar rayonuna ciddi ziyan vurub. Yağış nəticəsində yaranan sel suları ümumilikdə 60-a yaxın evə dolub, 4 ev isə tamamilə yararsız vəziyyətə düşüb. Rayonun 10-dan artıq küçəsini sel suları yuyub.

Şəhərin Əzizbəyov küçəsində yerləşən Xanlar Abdurrəhmanov və Fatma Abdulkərimovaya məxsus evlər yağış sularının yaratdığı selin qurbanı olub.


Sel nəticəsində rayonun Çiləgir kəndində də bir ev dağIlıb. Ev sahibi 82 yaşlı Beykəz Məmmədov xəsarət alıb. Qusar Rayon Mərkəzi Xəstəxanasına çatdırılan xəstənin vəziyyəti stabildir. Hadisə ilə əlaqədar əraziyə dərhal Fövqəladə Hallar Nazirliyinin canlı qüvvəsi və müvafiq texnikası cəlb olunub.

Qusar FHK-nın sədri Şahid Fərəməzovun verdiyi məlumata görə, artıq evlər sel sulardan təmizlənib. Dağılan 4 evdən 2-də yaşayış olmayıb. Digər iki evin sakinləri isə təhlükəsiz əraziyə köçürülüb. Dünən gecə saatlarından bağlı qalan yollar isə artıq açılıb.



Güclü sel nəticəsində Quba rayonunda da 35 evə su dolub. Rayonun Tülər kəndindəki körpü uçub. Hər iki rayona dəymiş ziyanın aradan qaldırılması istiqamətində işlər davam etdirilir. (Region TV)

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA