Qubada 30 evi su basıb - Rəsmi

img

17-09-2015 [11:55]


Ötən gecə ölkədə hava şəraitinin kəskin pisləşməsi nəticəsində Quba və Qusar rayonlarına leysan xarakterli yağışlar yağıb.

Quba rayon icra başçısı yanında Fövqəladə komissiyanın sədri Yusif Abidov Modern.az-a açıqlamasında rayon ərazisindəki son vəziyyəti belə şərh edib.

"Qubada 30 evi su basıb. Elektrik xəttləri kəsilib. Hal-hazırda elektrik xəttlərinin bərpa olunması üçün işlər gedir. Həmçinin, Qubanın Alpan, İspik, Dağlı kəndlərində də bir neçə evi su basıb. Hal-hazırda dəyən ziyan araşdırılır”.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA