Ziya Məmmədova daha bir zərbə; Aftovağzal kompleksi də nazirin əlindən alındı

img

17-09-2015 [09:51]


Son günlər mətbuatda nəqliyyat naziri Ziya Məmmədovun öz postu ilə vidalaşacağı ilə bağlı xəbərlər yer alır. Onun Nazirlər Kabinetinin sonuncu iclasına çağrılmaması söylənilən ehtimalların həqiqətə yaxın olduğunu deməyə əsas verir. 

Mia.az  xəbər verir ki, Cebhe.info-nun əldə etdiyi məlumata görə Bakı Beynəlxalq Avtovağzal kompleksi Z.Məmmədovun qardaşı millət vəkili Elton Məmmədovun əlindən alınıb. Bundan başqa isə avtovağzalın müdiri və digər rəhbər şəxslər vəzifəsindən azad edilib. Hazırda bu vəzifəni yeni və gənc şəxslər idarə edir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA