Onlar da deputatlığa namizəd oldular

img

16-09-2015 [23:26]


Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) sədri Araz Əlizadə deputatlığa namizədliyini irəli sürür.

Mia.az xəbər verir ki, bu barədə APA-ya məlumat verən A. Əlizadə qeyd edib ki, o, 35 saylı Xətai üçüncü seçki dairəsindən deputatlığa namizəd olacaq.

A. Əlizadə əlavə edib ki, ASDP-dən ondan başqa daha 3 nəfərin də namizədliyinin irəli sürülməsi qərarlaşdırılıb.

Vəhdət Partiyasının sədri Tahir Kərimli də seçkilərə qatılmağa qərar verib.

T. Kərimli APA-ya deyib ki, o namizədliyini 87 saylı Ağsu-İsmayıllı seçki dairəsindən irəli sürəcək.

Qeyd edək ki, 35 saylı Xətai üçüncü seçki dairəsindən hazırda millət vəkili İqbal Ağazadə, 87 saylı Ağsu-İsmayıllı seçki dairəsindən isə Ərəstun Cavadovdur.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA