İki deputat yelərini dəyişdi - Zahid Orucla Gövhər Baxşalıyeva razılaşdı

img

16-09-2015 [17:38]


Millət vəkili Zahid Oruc da namizəd olacağını dairəni artıq müəyyənləşdirib. Z. Oruc "Qafqazinfo”ya açıqlamasında bildirib ki, o bu dəfə 94 saylı Bərdə kənd seçki dairəsindən namizədliyini irəli sürəcək: "Artıq sənədlər hazırdır. Bu gün MSK-ya təqdim olunacaq”.

Qeyd edək ki, Zahid Oruc hazırda 93 saylı Bərdə şəhər seçki dairəsindən parlamentə deputat seçilib. Maraqlıdır ki, indi o, namizədliyini 94 saylı dairədən irəli sürüb. Bu dairədən hazırda Milli Məclisdə deputat Gövhər Baxşalıyevadır. Əldə edilmiş razılığa əsasən, G. Baxşalıyeva 93 saylı Bərdə şəhər seçki dairəsindən namizəd olacaq.

Yeni Azərbaycan Partiyası deputatlığa namizədlərin siyahısını açıqlayandan sonra müxalif partiya üzvlərindən və bitərəflərdən kimlərin namizədliyini irəli sürəcəyi yenidən gündəmə gəlib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA