"Rektorlar deputat seçilsələr, vəzifədən gedecəklər" - Siyavuş Novruzov

img

16-09-2015 [13:07]


Yeni Azərbaycan Partiyasından (YAP) deputatlığa namizədliyi irəli rektorlardan deputat seçilənlər avtomatik rektor vəzifələrini itirəcəklər. 
 
Bu barədə APA-ya açıqlamasında YAP icra katibinin müavini, deputat Siyavuş Novruzov bildirib. Onun sözlərinə görə, bu şərt namizəd rektorların ərizələrində də əksini tapıb.
 
S. Novruzovun sözlərinə görə, qəbul olunmuş son qərar belədir ki, partiya tərəfindən irəli sürülmüş rektor namizədlər deputat seçildiyi təqdirdə rektorluq vəzifələrindən imtina edəcəklər.
 
Qeyd edək ki, YAP-ın ötən gün açıqladığı siyahıda rektorlardan Aqiyə Naxçıvanlı (Azərbaycan Müəllimlər İnstitutu), Səməd Seyidov (Azərbaycan Dillər Universiteti), Əhliman Əmiraslanov (Azərbaycan Tibbi Universiteti) və Ağacan Abiyevin (Azərbaycan Dövlət Bədən Tərbiyəsi Akademiyası) də adı var. 

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA