Nazim Məmmədovun namizədliyi ilə bağlı problem yaranıb

img

16-09-2015 [12:07]


Yeni Azərbaycan Partiyasının (YAP) çoxdan gözlənilən deputatlığa namizədlərinin siyahısı açıqlandı. Bir çoxları deputatlığa namizəd olub-olmayacaqlarını YAP-ın siyahısı açıqlanmadığından dəqiqləşdirə bilmirdilər. Artıq YAP-ın siyahısı məlumdur, kimlərin deputatlığa namizəd olacaqları isə yavaş-yavaş açıqlanır.

Sabiq deputat Nazim Məmmədov bildirib ki, seçkilər elan olunduqdan sonra həm Gədəbəydə, həm də Tovuzda təşəbbüs qrupları yaradılaraq namizədliyinin irəli sürülməsinə razılıq verməyilə bağlı müraciət ediblər:

"Mən də razılıq vermişəm, dünən "Tovuz” təşəbbüs qrupu Dairə Seçki Komissiyasına namizədliyimin irəli sürülməsi haqqında bildirişi təqdim edib. "Şınıx” təşəbbüs qrupunun sənədlərinə qeyri-qanuni tələb irəli sürülüb, bununla razılaşmayan təşəbbüs qrupu Mərkəzi Seçki Komissiyasına şikayətlə müraciət edib”.

Hüquqşunas Əliməmməd Nuriyev isə bununla bağlı hələ tam qərara gəlməyib. "Bir-iki günə qərarımı qətiləşdirib məlumat verəcəyəm”.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA