16-09-2015 [11:13]
Bakının işğaldan azad olunmasının 97-ci il dönümü İstanbulda anılıb. Kazım Karabəkir Kültür Evində təşkil olunan "Osmanlı Ordusunun Azərbaycanı işğaldan azad etməsinin 97-ci il dönümü” Anma Paneli keçirilib.
Tədbiri giriş sözü ilə tədbirin təşəbbüskarı və təşkilatçısı, "Yeni Çağ” qəzetinin baş redaktoru Aqil Ələsgər açıb. Aqil Ələsgər qeyd edib ki, "1918-ci ildə Osmanlı Dövləti özünün ən ağır zamanında Azərbaycanı yalnız buraxmadı və işğaldan azad etdi:
"Nuru Paşa komandanlığında Qafqaz İslam Ordusu Bakını, B Kazım Karabəkir Paşa isə irinci Qafqaz Kolordusu ilə Naxçıvanı xilas etdi. Bu gün Naxçıvanın özəl statusu, hər hansısa müdaxilə olarsa, Türkiyənin qeyd-şərtsiz Naxçıvanı qoruma haqqı məhz Kazım Karabəkir Paşanın sayəsində Qars müqaviləsi ilə mümkün olub. Bu gün Naxçıvan Zəngəzur, İrəvan və digər torpaqlarımız kimi o zaman ermənilərə verilməyibsə, bu Türkiyə tərəfindən danışıqlarda iştirak edən Kazım Karabəkirin sayəsindədir. Eyni zamanda Nuru Paşanın Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasındakı rolu danılmazdır. Bizim üçün Azərbaycan uğrunda savaşan hər bir türk əsgərinin xatirəsi əzizdir. Eyni zamanda bu gün Türkiyə terrorla üz-üzədir. Ötən əsrin əvvəllərində olduğu kimi daxili və xarici düşmənlər qardaş ölkəyə qarşı birləşiblər. Bizim də jurnalistlər olaraq, borcumuz Türkiyənin yanında olmaqdır. Ustad şairimiz Səməd Vurğunun dediyi kimi, bu gün qələmlərimiz Türkün düşməninə qarşı bir süngü olmalıdır. Bu səbəbdən də biz hər il ənənəvi olaraq, Bakıda qeyd etdiyimiz anma tədbirini İstanbulda keçirərək, Azərbaycan İnternet Mediası olaraq, Türkiyə Cümhuriyyətinin yanında olduğumuzu bir daha bəyan etmək istədik”.
Azərbaycanın İstanbuldakı konsulu Kənan Murtuzov qeyd etdi ki, "Bu gün Azərbaycan və Türkiyə münasibətləri yüksək səviyyədədir. Hər iki dövlət arasındakı əlaqələr çox genişdir. Ənvər Paşa, Kazım Karabəkir Paşa və Nuru Paşa Azərbaycan xalqı üçün önəmli insanlardır. Min il sonrakı tariximizdə də bu belə olacaq. 1918-ci ildə türk əsgərləri canları bahasına bizlər üçün savaşdılar. Naxçıvan Muxtar Respublikası da onların səyləri nəticəsində düşmənlərdən qurtarıldı. Bu türklərin bizlərə göstərdiyi münasibət və qardaşlıq hissidir. Ona görə də biz Türk qardaşlarmızın bu yaxşılığını unutmamalıyıq. Kazım Paşa, Nuru Paşa və Ənvər Paşa könül taxtımızın ən önəmli yerindədir”.
Tədbirin ev sahibi, Kazım Karabəkir Paşa Vəqfinin başqanı Timsal Karabəkir çıxışında Paşanın döyüş yolundan bəhs etdi. Kazım Karabəkir Paşanın Ərzurumda, Ağrıda və Anadolunun bir çox bölgəsində şahid olduğu erməni vəhşiliklərindən bəhs etdiyini açıqladı.
"Azərbaycan torpaqlarının illərdən bəri erməni işğalı altında qalmasını qəbul etmək mümkün deyil. Ora türk yurdudur, türk yurdunun tək qarışı belə heç vaxt düşmən işğalı altında qala bilməz. Bizə dost kimi gələnə dost əli uzadarıq, düşmən niyyətiylə gələnlərə isə bizim torpaqlarımızda heç vaxt yer olmamalıdır. Azərbaycan da, biz də həmişə eyni tikandan qanamışıq-erməni tikanından. Erməni işğalçılarının bir an əvvəl Qarabağdan rədd olub getmələrini istəyirəm, onlar oradan rədd olub gedənə qədər biz qərarlı şəkildə mübarizə aparmalıyıq” deyən Timsal xanım sözlərini Kazım Karabəkir paşanın "Cahan yıxılar, Türk yılmaz” sözləri ilə yekunlaşdırdı.
Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının başqan müavini Mətin Özər, Tələt Paşa Komitəsi İdarə Heyətinin üzvü Cüneyt Akalin, "Xocalı Xəbər” saytının baş redaktoru, yazar Kəbutər Haqverdi, araşdırmaçı yazar Aygün Həsənoğlu, İstanbul Şəhid Ailələri və İnsan Haqqları başqan yardımçısı Almıla Maraş, Editor.az saytının baş redaktoru Fərid Şahbazlı, bir müddət öncə PKK-ya qarşı savaşmaq üçün Türkiyə Genelkurmay Başqanlığına müraciət soydaşımız Əmrah Qəribov, uzun illər Azərbaycanda yaşamış Ziya Şahin və digər qonaqlar mövzu ilə bağlı çıxış etdilər.
Tədbirin sonunda 1918-ci il 31 Mart və 26 fevral 1992-ci il Xocalı soyqırımlarından bəhs edən kitab və disklərdən ibarət sərgi qonaqlara təqdim edildi.
Qeyd edək ki, tədbirə Azərbaycan İnternet Mediası (Aktual.az, Aznews.az, Olke.az, Azxeber.com, Editor.az, 7news.az, Sfera.az, Veteninfo.az, Yenilik.az, Pia.az) media dəstəyi verib.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi