Çingiz Qənizadə Arif Qaraşovun qohumu ilə toqquşacaq - SEÇKİ

img

15-09-2015 [21:15]


Bu gün açıqlanan YAP-ın namizəd siyahısında daha bir surpriz namizədin adı var.

Strateq.az xəbər verir ki, 80 saylı İmişli-Beyləqan seçki dairəsindən YAP İmişli rayon təhsil şöbəsinin müdiri Ramiz Əmirovu rəsmi dəstəkləyəcəyini bəyan edib. Lakin saytımıza məlumat verən mənbə deyir ki, bu namizədin dəstəklənməsi görüntü xarakteri daşıyacaq. Belə ki, YAP həmin dairədən əslində, hazırkı deputat Çingiz Qənizadənin namizədliyinə var gücü ilə dəstək verəcək.

Onu da qeyd edək ki, Ramiz Əmirov Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin sabiq rəisi Arif Qaraşovun yaxın qohumudur. Onlar İmişlidə böyük və güclü tayfaya sahib olduqlarından bəziləri bu dairədə surpriz olayların baş verəcəyini də istisna etmirlər.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA