Cəlal Əliyevi kim əvəzlədi? - YAP-da surpriz namizəd

img

15-09-2015 [18:56]


YAP-ın yeni açıqlanan namizəd siyahısında 1995-ci ildən etibarən 62 saylı seçki dairəsindən Saatlı rayonunu təmsil edən Akademik Cəlal Əliyevin adının olmaması da maraqla qarşılanıb.

Mia.az xəbər verir ki, YAP bu dəfə Akademiki deyil, rayonun "Dədə Qorqud" kənd bələdiyyəsinin sədri Rəşidov Nazim Sahib oğlunun namizədliyini dəstəkləyib.

YAP-dan bununla bağlı sorğuya "Cəlal müəllim özü bu dəfə seçkiyə getmək istəmədi" cavabı verilib.

Saytın əldə etdiyi məlumata görə, bələdiyyə sədrinin namizədliyi formal xarakter daşıyacaq. Əslində isə həmin dairədən iqtidarın surpriz namizədi var və ona ciddi dəstək veriləcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA