DSMF sədrinə dərdini demək istəyənlər, tələsin! - Qəbul qrafiki

img

15-09-2015 [11:32]


Dövlət Sosial Müdafiə Fondunun sədri Elman Mehdiyev Lerikdə 5 rayonun sakinləri üçün qəbul keçirəcək.

Fonddan verilən məlumata görə, qəbul sentyabrın 22-si, saat 11:00-da Lerik şəhərindəki Mədəniyyət Evində Lerik, Lənkəran, Astara, Masallı və Yardımlı rayonlarının sakinləri olan məcburi dövlət sosial sığorta ödəyiciləri və pensiyaçılar üçün keçirəcək.

Qəbula yazılmaq və əlavə məlumat almaq istəyən vətəndaşlar Dövlət Sosial Müdafiə Fondunun info@sspf.gov.az elektron poçt ünvanı, həmçinin aşağıdakı telefon nömrələri ilə əlaqə saxlaya bilərlər:

Fondun Aparatında (012) 434-12-34
Lerik rayon şöbəsində (02527) 4-40-31
Lənkəran rayon şöbəsində (02525) 5-08-59
Astara rayon şöbəsində (02522) 5-13-35
Masallı rayon şöbəsində (02521) 5-46-35
Yardımlı rayon şöbəsində (02520) 6-12-33

Qəbulda iştirak edəcək vətəndaşların sentyabrın 22-də Fondun müvafiq rayon şöbələrinin inzibati binasının qarşısından xüsusi ayrılmış nəqliyyatla qəbulun keçiriləcəyi ünvana aparılıb-gətirilmələri təmin olunacaq.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA