Bu küçələrdə "işıqfor" daim yaşıl yanacaq - SİYAHI

img

15-09-2015 [09:52]


Bu gündən etibarən Bakı şəhərində yeni, 2015/2016-cı tədris ilinin başlaması ilə əlaqədar avtomobil yollarında hərəkəti asanlaşdırmaq və sıxlığın qarşısını almaq məqsədilə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) "yaşıl dalğa"ların (işıqforlarda ardıcıl yaşıl işıqlarının yanması) sayını artırır.

Həmin küçələrin adları artıq müəyyənləşdirilib:

"Yaşıl dalğa" prinsipi ilə işləyən küçə və prospektlər
Hərəkət istiqaməti
1Abbasqulu ağa Bakıxanov küçəsi
2Rəşid Behbudov küçəsi
3Tbilisi prospekti
4Üzeyir Hacıbəyov küçəsi
5Zərifə Əliyeva küçəsi
6Akademik Həsən Əliyev küçəsi
7Alfred Nobel prospekti
8Hüseyn Cavid küçəsi
9Bülbül prospekti
10Səməd Vurğun küçəsi
11Cəfər Cabbarlı küçəsi
12Hənifə Ələsgərova küçəsi
13Təbriz küçəsi
14Abbas Mirzə Şərifzadə küçəsi
15Qara Qarayev prospekti


Qeyd edək ki, "yaşıl dalğa"lar əsasən təhsil ocaqları olan ərazilərdə həyata keçirilir, yəni universitetlər, texnikumlar və orta təhsil müəssisələri olan əraziləri əhatə edir. Qeyd olunan küçələrdə işıqforun ardıcıl olaraq yaşıl yanması, yəni həmin ərazidə avtomobillərin dayanmadan hərəkəti nəzərdə tutulur. Həmin ərazilərdə "yaşıl dalğa"ların sayı xüsusilə artırılıb və bu proses davam edir./report/

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA