14-09-2015 [13:36]
Əməkdar artist Elza Seyidcahan növbəti dəfə xalq artisti İlhamə Quliyeva ilə olan qalmaqaldan danışıb. Lent.az-ın məlumatına görə, ANS-in "Günə Baxan” verilişinə qonaq olan E.Seyidcahan xalq artisti barəsində bu sözləri deyib: "Paxılı narahat etməyə gərək yoxdur ki, özü özünü narahat edir. Onun sözlərinə əl çalıram. Həm də gülürəm: gör insan özünü nə günlərə salır. Əgər Elzanın çətinlikləri varsa, bu mənim problemimdir. Allahın qarşısında mən cavab verəcəm. O, müsahibəsində deyib ki, ardı var. Belə bir deyim var ki, qocalar xatirələrlə, cavanlar arzularla yaşayar. Mənim haqqımda dediyi bütün sözlər onun həyat tərzidir. Xalq hamımızı çox gözəl tanıyır. Mən hələ bələkdə olanda, onu hamınız yaxşı tanıyırdınız. Mən bu gün əməkdar artistəm. Fəxr edirəm. Vaxt olacaq ki, "Şöhrət" ordeninə qədər yüksələcəm. Amma söz verirəm ki, "Şöhrət" ordenli şərəfsiz olmayacam. Ayaq yumağa gəldikdə isə, jurnalistlər iki şeyi səhv yazıb. Bir ayaq yumağı, bir də hədiyyə məsələsini. Mən onun ayağını yumamışam, hədiyyə də verməmişəm. Çünki ona "Ağ çiçəyim” adlı bəstəmi vermişəm, oxuyub. Mahnım ona çox böyük hədiyyədir. Onun ayağını yumamışam. Sadəcə seçkilər zamanı Tovuzda idik, gördüm ki, vəziyyəti yaxşı deyil, gözləri qızarıb, böyük vannada su gətirdim ki, 43 ölçülü ayaq o qaba sığışsın. Ayağına su gətirdim. Nə var ki, burda? Bu gün də ayağına su gətirərəm. Çünki bu dində də savabdır. Ayağını yumamışam, yuyaram. Çünki Allah ona şəfa versin. Sən bizim qoca sənətkarımızsan. Bu günə qədər heç kimə pislik etməmişəm. Sənət adamları arasında çaxnaşmanı yaradan bu adamdır. Sübutunu da deyərəm. Mən istəmirəm onunla bir yerdə oturum, eşidim ki, Flora Kərimova budur. Bu adam heç Zeynəb Xanlarovanı bəyənmir. Bu adam dövlətini də bəyənmir. Bunu qulağımla eşitmişəm".
Qeyd edək ki, İ.Quliyeva isə E.Seyidcahanın ünvanına bu sözləri deyib: "Elza Seyidcahanın oxumağı bərbaddır, şairliyi fəlakətdir. Mən Elzadan Yazıçılar İttifaqına şikayət etmişəm ki, barəsində ölçü götürsünlər. Tərbiyəsiz şeirlər yazır. Böyük bəstəkarın tələbəsidir, gözəl musiqiçidir, amma oxumağı bərbaddır. Mahnılarını yazsın, versin gənc müğənnilər oxusun. Azərbaycanın bölgələrində borcun var. Mənə dəfələrlə zəng edib deyirlər ki, gəlib pulumuzu qaytarsın. Mən də ona zəng elədim dedim ki, "Elza, ayıbdır, adımıza xələl gətizdirmə”. Məndən soruşdular ki, Elza millət vəkili ola bilər? Dedim yox. Çünki orada savadlı insanlar oturmalıdır. Nə olsun ki, əməkdar artistdir? Dəqiqədən bir başımıza vurursan ki, "mən əməkdar artistəm”. Zamanında, 30-40 il bundan öncə mən də əməkdar artist olmuşam. Mənim mükafatlarım səndə olsa, sən nə edərsən ay Elza? Dünya sülh səfiriyəm mən. İki dövlətin xalq artistiyəm. Mən sənin üçün uşağam? Ağzına nə gəldi, danışırsan. Deyib ki, ayağımı yuyub. Düz deyir, ayaq yumağı yaxşı bacarır. Dəfələrlə mənə zəng edib ki, bacımla gəlib qulluğunuzda durmaq istəyirəm. Razı olmamışam. Sən millət vəkili olmayacaqsan. Bunu mən sənə deyirəm”.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi