Sabahdan Bakıda bəzi marşrutların xətlərində dəyişikliklər olunacaq - SİYAHI

img

13-09-2015 [18:09]


Sabahdan Bakıda bəzi marşrut avtobuslarının xətlərində dəyişikliklər olunacaq.
Nəqliyyat Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən APA-ya daxil olan məlumata görə, "BakuBus” MMC-nin 5 saylı marşrut avtobusunun fəaliyyətə başlaması ilə əlaqədar mövcud marşrut avtobuslarının xətlərində dəyişikliklər olunacaq.
Yeni 5 saylı marşrut avtobusunun hərəkət istiqaməti N. Nərimanov metro stansiyası – Təbriz küçəsi – Azadlıq prospekti – 28 may metro stansiyası – Puşkin küçəsi – Azadlıq prospekti – Zərifə Əliyeva küçəsi – Ə. Yaqubov küçəsi – 20-ci sahə olacaq. Bu səbəbdən mövcud xətt üzrə hərəkət edən 20 və 24 saylı marşrut avtobusları xətdən kənarlaşdırılacaq.
Qeyd edək ki, "BakuBus” MMC-yə məxsus 5 saylı marşrut avtobusu 2 gün test rejimində 8 avtobusla fəaliyyət göstərib. Sabahdan etibarən isə 20-dən artıq avtobus mövcud marşrut xətti ilə fəaliyyət göstərəcək.
Yeni tədris ilinin başlanması ilə əlaqədar sərnişin sıxlığı nəzərə alınaraq yeni 5 saylı marşrut avtobusunun istiqaməti üzrə hazırda fəaliyyət göstərən 37 və 88 saylı marşrut avtobuslarının isə hələlik mövcud hərəkət istiqamətləri saxlanılıb.
Hərəkət istiqaməti Avtovağzal - 20 yanvar m/s – Badamdar qəs. - Səbail meydanı - 20-ci sahə olan əvvəlki 5 saylı marşrut avtobusunun isə nömrəsi dəyişdirilərək 53 nömrəsi ilə əvəz olunub. Yəni əvvəlki 5 saylı marşrut sabahdan etibarən 53 saylı marşrut adı ilə sərnişinlərə xidmət göstərəcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA