Oqtay Əsədov Arif Alışanovun yerindən namizəd olacaq - Seçki

img

13-09-2015 [14:23]


Milli Məclisin sədri Oqtay Əsədov budəfəki parlament seçkisində Abşeron rayonundan namizəd olacaq.

AzNews.az-ın əldə etdiyi məlumata görə YAP-ın hələ açıqlanmayan namizədlər siyahısında onun 2010-cu ildə keçirilən seçkidə seçildiyi
8 saylı Binəqədi birinci Seçki Dairəsindən deyil, 45 saylı Abşeron Seçki Dairəsindən namizəd olacağı göstərilib.

Bu qərar isə həmin dairədən deputat olan AZTV-nin sədri Arif Alışanov barədə müəyyən sualların yaranmasına səbəb olur. Belə çıxır ki, Alışanov ya namizədliyini irəli sürməyəcək, ya da başqa dairə seçmək məcburiyyətində qalacaq.

Qeyd edək ki, son zamanlar AzTV-də baş verən qalmaqallar, gözlənilməz kafr dəyişiklikləri, Prezidentin sərəncamı ilə həll olunmalı məsələlərə də müdaxilələrin edilməsi Arif Alışanovun "vurulacağıyla" bağlı informasiyaların dolaşmasına səbəb olur.



Azərbaycanda noyabrın 1-də parlament seçkiləri keçiriləcək. Bugünkü tarixə qədər seçkidə iştirak üçün 498 nəfər namizədliklərinin qeydə alınması üçün Mərkəzi Seçki Komissiyasına (MSK) müraciət edib.

Bunlardan 254 nəfəri siyasi partiya, 13 nəfəri siyasi blok, qalanları isə öz təşəbbüsləri ilə namizədliklərini irəli sürüb.

286 nəfərin namizədliyinin irəli sürülməsi təsdiq olunub və onlara imza vərəqələri verilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA